BölmələrRU
Xidmətlər
 

Qanqrenalı ayağın canlı müayinəsi –Ürəyi zəif olanlar baxmasın- VİDEO

Azərbaycanda şəkər və ürək-damar xəstələrinin son anda üzləşə biləcəyi ən dəhşətli diaqnoz: aşağı ətrafların nekrozu – qanqrenasıdır. Ölkəmizdə hər il yüzlərlə xəstə bu dəhşətli halla üzləşir, mübarizə aparır, gecikdikdə isə amputasiya ilə üzləşir. 
 
Son illər demək olar, əksər diabet xəstələrinin ayaqlarında yaralar, diabetik ayaq sindromu, nekrozların yaranması halları çoxalıb. Bunun da səbəbləri müxtəlifdir. Təəssüf ki, vaxtında düzgün həkimə müraciət edib, müvafiq müalicə almadıqda həm xəstə, həm ailəsi üçün dəhşətli proqnoz səslənir: amputasiya. 

Azərbaycanda Diabetik ayaq xoralarının müalicəsi ilə məşğul olan şöbəsi  tanınan  Bioloji təbabət klinikasına demək olar, hər ay 10 belə xəstə gəlir. Xəstələrin çoxu son anda ayağını amputasiyadan xilas etmək üçün cərrahın əlindən qaçaraq bu klinikaya üz tutur.  Klinikanın Diabetik ayaq şöbəsinin həkim terapevti Arzu Musayeva bioloji təbabət metodikası və 20 illik təcrübəsi ilə artıq onlarla diabet xəstəsini qanqrenanın caynağından xilas etməyi bacarıb. 
Videoda 75 yaşlı diabet xəstəsinin nekrozlu ayaqlarının müayinəsi təqdim olunur.

Qanqrena necə görünür, necə başlayır, necə müayinə olunur və bu xəstənin ayağını xilas etmək mümkün olacaqmı? 
Bütün diabetli xəstələrin və onların ailə üzvlərinin baxması məsləhətdir ki, belə diaqnozu vaxtında aşkar edib, vaxtında aradan qaldıra bilsinlər. 


MEDİCİNA.AZ
MUSAYEVA AYGÜN