Qalxanvari vəzinin necə işlədiyini adi termometrlə özünüz yoxlayın – Doktor Barns metodu

  • 2018.12.26 17:00
  • 29813 Baxış
Qalxanvari vəzinin necə işlədiyini adi termometrlə özünüz yoxlayın –  Doktor Barns metodu
Qalxanvari vəzinin fəaliyyətinin necə olmasını özünüz evdə doktor Barnsın unikal metodu ilə yoxlaya biləsiz. Bunun üçün sizə bir termometr lazımdır.


Medicina.az həmin üsulu təqdim edir.


50 il öncə doktor Brod Barns təyin etmişdi ki, bədənin temperaturu qalxanvari vəzinin aktivliyindən asılıdır. Amma bir şərtlə ki, temperatur səhər tezdən oyanan kimi ölçülsün.


Bu barədə yazdığı kitabında o qeyd edib ki,səhər tezdən bədənin anormal hərarəti qalxanvari vəzin xeyli xəstəliyindən, problemindən xəbər verir. 

Onun icad etdiyi ev testi ilə siz səhər yerinizdən qalxmadan özünüzü müayinə edə bilərsiz. 

Bunun üçün gecə yatanda yanınıza termometr qoyun. Orda göstərici 35C üzərində olmalıdır. Səhər gözünüzü açan kimi elə yataqda ikən termometri qoltuq altına qoyub, 10 dəqiqə saxlayın.


Səhər bazal temperaturu  normalda 36,5-36,7 arasında olmalıdır.

Hamilə qadınlarda və menstruasiya zamanı bu göstərici dəyişir. Ona görə testi sağlam günlərdə edin. 

Əgər hərarət normanı göstərdisə, deməli, qalxanvari vəzi normaldır.


Əgər səhər bazal hərarəti 35-dan aşağı göstərirsə, deməli vəz zəifləyir, hipoterioza meyillik var. 


Sizdə enerjisizlik, depressiya, xroniki yorğunluq, baş ağrısı, saç tökülməsi, yaddaş zəifləməsi kimi simptomlar da ola bilər. 

Əgər bazal hərarət 36,8-dan yuxarıdırsa, deməli vəz həddindən artıq yüklənib, fəaliyyəti güclənib, iltihabi proses var və hipertireozdan şübhələnmək olar.

Testi 3 gün ardıcıl etmək lazımdır ki,nəticə dəqiqləşsin.