BölmələrRU
Xidmətlər
 

Qalstuk taxmaq ziyanlıdır - Yeni araşdırma

Kişilərin taxdığı qalstuk beyin qan dövranını pozur və baş beyinə zərərlidir. Bunu Almaniya Universitetinin mütəxəssisləri yeni araşdırmaları ilə bir daha sübut edib.

Medicina.az xəbər verir ki, 30 könüllü üzərində aparılan tədqiqatda 15 nəfərə qalstuk taxılıb və 3 saat sonra onlar MRT-dən keçirilib ( başın maqnit rezonans tomoqrafiya çəkimi). 

Qalan yarısı isə qalstuksuz olub və onlar da MRT-dən keçib.

Aydın olub ki, qalstuk taxanlarda baş qan dövranı pozulub və bu MRT-də də görünüb.

Qalstuksuzlarda isə qan dövranı normal vəziyyətdə qalıb.

Alimlər çox şirkətlərdə dres-koda daxil olunub məcburi aksesuar kimi işçilərin taxdığı qalstuk həmin insanın sağlamlığını təhlükə altında qoyur. Ona görə şirkətlər əməkdaşlarının sağlamlığı naminə qalstukun gündəlik olaraq işə taxılması məsələsinə yenidən baxmalıdır.