Qadınların yeni sevdası: - Azərbaycanda bu əməliyyatı etdirənlərin sayı artıb "Braziliya poposu"

  • 2017.12.08 10:38
  • 26140 Baxış
Qadınların yeni sevdası: - Azərbaycanda bu əməliyyatı etdirənlərin sayı artıb  "Braziliya poposu"

Azərbaycanda omba əməliyyatları etdirən xanımların sayında artım müşahidə olunur.


Medicina.az xəbər verir ki, bu barədə Modern.az-a tibb üzrə fəlsəfə doktoru, androloq Rauf Rzayev məlumat verib. O bildirib ki, daha dolğun və düzgün omba istəyənlər üçün "Braziliya üsulu ilə omba estetik əməliyyatı" yaxşı çarə sayılır: "Belə əməliyyatları etdirən və xarici görkəmini düzəldən xanımlarımızın sayı artıq çoxalıb”.


Mütəxəssis qeyd edib ki, dünyaya nəzər salanda qadınların plastik əməliyyatlara ildən-ilə çox müraciət etdiyini görmək olar.


"Bunlar burun, sinə və popo (omba) implantıdır. Popo və sinə əməliyyatları qadını daha cəlbedici və cazibədar edən əməliyyatlardır. Dünyada qadınların əksəriyyətində çanaq darlığı müşahidə olunur. Yəni ombalar dar olur. Bu da qadının görünüşünü – bədən quruluşunu bir xeyli pozur. Qadınları daha cəlbedici göstərən onun ombaları, sinəsi və ayaqlarıdır. Kişilərin ilk baxışdan qadına nəzər yetirdiyi yerlər onun sinəsi, ayaqları və ombalarıdır. 

İndi dünyada ən məşhur ombalar Braziliya popolarıdır. Çünki Braziliya qadınları çox formalı və fiquralıdırlar”.


R.Rzayev qeyd edib ki, bu səbəbdən omba əməliyyatının adına "Braziliya poposu əməliyyatı”  da deyirlər:


"Omba əməliyyatları zamanı bəzi qadınların yanlarında çuxurlar da olur və onları doldurmaq üçün iplantlardan, yaxud orqanizmin öz piyindən istifadə olunur. Normalda bu çuxurlar bəzi qadınlarda olur. Bu da formanın pozulmasına, daha pis görünməsinə səbəb olur. Bəzi qadınların yanlarına implantlar qoyurlar ki, ombalar daha gözəl görünsün və dik qalsın”.

Qadınların yeni sevdası: - Azərbaycanda bu əməliyyatı etdirənlərin sayı artıb  "Braziliya poposu"