–Hamiləlikdə qaraciyər yemək olarmı? Qadınların qorxusu

  • 2019.02.19 11:21
  • 35823 Baxış
 –Hamiləlikdə qaraciyər yemək olarmı?  Qadınların qorxusu

Hamilə qadınları çox zaman bir sual maraqlandırır: ciyər yesəm, uşaqda problem yarana bilərmi?  

 

Medicina.az bu suala cavab axtarıb. 


Ciyər əsasən zülal və dəmir ilə zəngindir. Həkimlər bildirirlər ki, heç olmasa ayda bir dəfə ciyər yemək çox faydalıdır. Faydalarına baxmayaraq, bu qidanı hər gün qəbul etmək olmaz. 


Qaraciyər tərkibində olan vitaminlər, minerallar və  zülal baxımından sağlam bir qidadır. Həm də tərkibində yüksək miqdarda A vitamini və ya retinol maddəsi var. Hamiləlik zamanı inkişaf etməkdə olan körpənin əsasən də ilk aylarda bu maddələrə ehtiyacı var. Buna görə də körpənin qüsurlu doğulmaması üçün əsasən də ilk aylarda ciyər yemək məsləhətdir. 


Həkimlərin bildirdiklərinə görə, hamiləlik zamanı ciyər yeməmək üçün heç bir əsas yoxdur. Amma ondan həddən artıq istifadə etmək olmaz.  Yaxşı olardı ki, ilk 3 ayından sonra ciyər yeməyi tərgizəsəniz. Çünki həddən artıq  A vitamin qəbulu dölün qüsurlu doğulmasına səbəb ola bilər. 


Bu zaman döldə olan qüsurlar mutasiya formasında və hətta xərçəng hüceyrələrin yaranması riski ilə üzə çıxa bilər. 


Arzu

Medicina.az