Qadınlarda daha çox rastlanan ayaq mazolları - Necə xilas olmalı?

  • 2017.11.29 20:56
  • 35733 Baxış
Qadınlarda daha çox rastlanan ayaq mazolları -  Necə xilas olmalı?
Mazol geniş yayılmış ayaq problemlərindən sayılır. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Mazol duzların eyni yerə yığılmasından, iltihabi prosesin tam geri sorulmamasından və narahat ayaqqabıların ayaqları döyməsi səbəbindən əmələ gəlir. 


Medicina.az xəbər verir ki, daban hissədə əmələ gələn döyənək və ya mazol əksər hallarda ağrılı olmur, amma, estetik görüntünü korlayır və insanı narahat edir.


Mazoldan cərrahi vasitələrlə də xilas olmaq mümkündür. Amma, onu aşağıdakı xalq təbabəti üsulu ilə asanlıqla aradan qaldırmaq mümkündür:

 

Dəfnə yarpağı dəmləməsi


Bir xörək qaşığı xırdalanmış dəfnə yarpağını termosa tökün və üzərinə 300 qram qaynar su əlavə edin. Dəmləməni axşam hazırlayın və səhər için. Dəmləmənin hamısını birbaşa deyil, 1-2 saat ərzində içmək lazım deyil.Müalicənin müddəti 7 gün olur. Dəmləməni hər axşam təzə hazırlamaq və səhərlər içmək məsləhət görülür(immunitet.az).