BölmələrRU
Xidmətlər
 

Qadınlarda cinsi istəyi artıran 6 VASİTƏ

Seksual istək yaş artıqca azala bilər. Bunun əsas səbəbi orqanizmin hormonal balansının pozulması və buna bağlı olaraq da cinsi orqanların fəaliyyətinin zəifləməsidir.
 
Medicina.az xəbər verir ki, mütəxəssislər hələ uzun illər cinsi fəaliyyətdə olmaq üçün aşağıda sadalananlаra əməl etməyinizi məsləhət görür: 

1. Qara şokolad

Şokolad cinsi həvəs oyadan güclü afrodizyak hesab olunur. Onun tərkibində "xoşbəxtlik hormonu” hesab edilən serotoninin sintezində əhəmiyyətli rol oynayan tiprofan maddəsi var. Serotonin isə cinsi həvəsin yaranmasında əhəmiyyətli rol oynayır. Amma söhbət az şəkərli əsl qara şokoladdan gedir. 

2. Az miqdarda alkoqol

Əgər norma aşılarsa o zaman istənilən nəticə alınmayacaq. Kişilərdə ereksiya, qadınlarda isə orqazmla bağlı problem yaranacaq. Ona görə də içkini vaxtında saxalamaq lazımdır.  

3. Su

Gün ərzində kifayət qədər su qəbul edilərsə, cinsi həvəsi artıra bilər. Bu miqdar gün ərzində 2 l olaraq qəbul edilir. Orqanizmdə yaranan maye çatışmazlığı müxtəlif mənfi hallara, o cümlədən də cinsi istəksizliyə səbəb olur. 

4. Jenşen 

Jenşen kökləri ilə demək olar ki, çox şeyi müalicə etmək mümkündür. Bu bitki qan dövranını sürətləndirir, buna bağlı olaraq da qadınlarda cinsi istək yaradır. 

5. Seks

Təəccüblüdür, amma faktdır ki, seksə ən yaxşı təsir göstərən amil elə seksin özüdür. Belə ki, insan həyatında nə qədər tez-tez yaşansa, insan bir o qədər də çox sekslə məşğul olmaq istəyəcək. Seks dofamin və oksitosin hormonlarının sintezini stimullaşdırır. Bu isə idman etməklə müqayisə olunacaq qədər effekt verir.

6. İdman

Mütəmadi məşqlər cinsi həvəsi artırır. Seçim çoxdur - qaçış, pilates, trenajor zalı, kardionun bütün növləri, yoqa və.s