Qadınlar bu qidalarla ömrünü uzada bilər - Araşdırma

  • 2018.04.07 11:10
  • 16556 Baxış
Qadınlar bu qidalarla ömrünü uzada bilər -  Araşdırma
Neçə illərdir elm adamları uzun ömrün çarəsini araşdırırlar.

 

Medicina.az xəbər verir ki, yeni araşdırmaya görə müəyyən qidalar qadınların həyatını uzatmağa qadirdir.


 

Araşdırma göstərib ki, kələmin bütün növləri (ağ, qırmız kələm, brüssel kələmi, kolrabi, gül kələmi), turp, şalğam kimi tərəvəzlər qadınların sağlamlığına xüsusilə müsbət təsir edir, onların arteriyalarını qoruyur, həyatını uzadır.


Hesabatda qeyd olunur ki, bu tərəvəzləri tez-tez yeyən qadınlarda boyun arteriyaların divarları orta hesabla 0,05 mm nazik olub. Çox cüzi görünən bu fərq qadınlarda vaxtından tez ölümün riskini 10-18% azaldır.