BölmələrRU
Xidmətlər
 

Qabırğalararası nevralgiya – Xəstəlikdir, yoxsa... ?

Periferik sinir sisteminin ən çox yayılmış  xəstəliyi olan qabırğaarası nevralgiya çox vaxt pasiyentlə həkimləri çaş-baş qoyur. Bu simptom çox nevroloji problemlərlə oxşar olduğundan çox vaxt həkimlər nevralgiyadır deyib, maz çəkməyi məsləhət görür. 

Daha dərin araşdırma həvəsində olan həkimlər isə nevralgiyanın digər xəstəliklərin təzahürü olduğunu bildirib, diaqnoz qoyur. Əslində isə nevralgiya 9-11% hallarda əsl nevralgiyadır. Qalan hallarda həqiqətən digər köklü problemlərin simptomudur.
 


Qabırğalar arasında olan sinirlər niyə ağrıyır?

İnsanın döş qəfəsi 12 cüt qabırğadan ibarətdir: hər qabırğanın altında sinir və damarlar yerləşir. Onlar hər iki tərəfdən sümük toxuması ilə əhatə olunub və qorunur. İnsanda 11 cüt qabırğaarası sinir və 1 cüt qabırğaaltı sinir var.

Periferik sinirlərdə olan istənilən ağrı nevralgiya adlanır. Bu ağrı ya zədə, təzyiqdən sonra yaranır, ya da bu sinirin ətrafında olan hər hansı problemdən. Məsələn, üzdə üçlü sinir diş ağrısı zamanı ağrıyır. 

Qabırağalararası sinirlərin ağrısı hərəkət, öskürək, gülmək zamanı kəskinləşir. 

Nevralgiya ağrılarında hətta yaxın ətrafda olan hissələrə, dəriyə toxunmaq belə ağrı verir, yalnız uzandıqda bu ağrı bir az səngiyir. Nevralgiya zamanı ağrı yayıla bilir, bədənin digər hissələrindəki sinir ucluqlarına ötürülür. Bu da həkimləri çaşdırır. Çünki bəzən digər orqanların xəstəlikləri də sinir ağrıları verir. Məsələn: bilək, qol ağrısı ürək xəstəliyində, bel, çiyin ağrısı kəskin appendisitdə, kürək, sinədə, çiyində, qolda ağrı mədə-bağırsaq, ağciyər xəstəliklərində ola bilər. 

Qabırğaarası nevralgiyanın yaranma səbəbi

-Qabırğaların zədələnməsi, travması, sınığı, çatı
-Mədə-bağırsaq xəstəlikləri, xora, qastrit, qastroudenit
-Qaraciyər, mədəaldı vəz, dalaq
-Çox siqaret çəkmək
-Müxtəlif şişlər – döş qəfəsində yerləşən istənilən orqanda
-
FAKT: 
2015-ci ildə FDA neyromodulyasiya implantının xroniki periferik sinir ağrılarından, nevralgiyadan əziyyət çəkən xəstələrə qoyulmasına icazə verdi. Xəstənin dərisinin altına elektrod qoyulur və o ağrıyan sinirlərə elektrik siqnalları göndərir. 

Nevralgiya xəstəlik sayılsın, yoxsa yox?
 
Diaqnostikada hələ də aktual qalan bu suala konkret cavab yoxdur. Çünki ayrıca olaraq nevralgiya müstəqil xəstəlik kimi təsnif olunmur. Dizdə ağrı yoxdur, artrit var, baş ağrısı yoxdur, bu ağrıya səbəb olan konkret xəstəliklər var. 

Bir o məlumdur ki, ostexondroz nevralgiya ağrısı vermir. 

Amma bu günə kimi MDB ölkələrində poliklinikalarda həkimlər bu ağrı ilə müraciət edən xəstələrə nevralgiya diaqnozu qoyub, isti saxlamaq, ağrıkəsici və mazlar təyin edir. 

Bəzən bu səbəbdən xəstə arxayınlaşıb nevroloqa və ətraflı müayinəyə getmir. Nevroloq isə ağrının mənbəyini, əsl səbəbini tapmalıdır. Bu isə çoxlu müayinələr deməkdir: USM, rentgen, MRT. Hər xəstə buna razılaşmır, asan yol seçir. 

Əgər qabırağarasında kəskin ağrı ilə həkimə getmisiz, o sizə qastroenteroloqa gedib, mədənizi yoxlatmağı məsləhət görürsə, bunu anlayışla qarşılayın. Hər halda həkimlərin çoxillik təcrübəsi öz sözünü deyəcək. Əgər bu problemin kökünü tapmasaz, o zaman illərlə qabırağarası sinir ağrısından əziyyət çəkəcəksiz. 

Artıq bundan sonra bildiniz ki, Qabırağarası nevralgiya – ayrıca xəstəlik deyil, simptomdur. Belə bir diaqnoz yoxdur. Onu müalicə etmək üçün, onu yaradan xəstəliyi tapıb sağaltmaq lazımdır. Aptekdən ağrıkəsici dərman, iltihabəleyhinə mazlar alıb sürtməklə iş düzəlməyəcək. 
 

Qabırğaarası nevralgiya və ya istənilən periferik sinir sisteminin ağrılarının dəqiq diaqnozu, müayinəsi və fizioterapevtik və bioloji metodla müalicəsi Bioloji təbabət klinikasında mümkündür. 

 

 Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24),
Memar Əcəmi metrosunun yaxınlığında

•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89