- Bir çox təhlükədən xəbər verirQabırğa altındakı kəskin ağrılar

  • 2018.12.08 23:23
  • 47862 Baxış
 - Bir çox təhlükədən xəbər verir Qabırğa altındakı kəskin ağrılar

Bədənin sağ tərəfində qabırğanın alt nahiyyəsində hiss edilən istənilən formada ağrı bir çox təhlükədən xəbər verə bilər.  




Həmin nahiyədə bir sıra həyatı əhəmiyyətli orqanlar yerləşdiyindən orda müşahidə edilən ağrılara etinasız yanaşmaq düzgün olmaz. Bir çoxları onu ürək ağrısı hesab edərək ehtiyatlanır. Amma nəzərə alın ki, ürək problemi bu ağrıların səbəblərindən yalnız biridir. Döş qəfəsinin sağ tərəfində, aşağı hissədəki ağrıların bir çox səbəbləri ola bilər. Bunlara öd daşı, böyrək daşı, bağırsaq iltihabı həmçinin də həzm sistemində qaz əmələ gəlməsi aiddir. Daha yuxarı hissələrdə olan ağrı isə ağciyər iltihabı, qabırğa və yaxud da əzələ zədələnməsi ola bilər. Sağ tərəf qabırğa altında olan ağrılar küt, iti, həmçinin də sıxılma formasında olur. Bu ağrıların səbəblərini müəyyən etmək üçün mütləq həkimə müraciət etmək lazımdır. 




Sağ tərəfdə qaraciyər, öd kisəsi və sağ böyrək yerləşir. Bu orqanların istənilən infeksiyası və iltihabı qarnın yuxarı hissəsində və onurğada ağrılarla müşayət olunur.  Ürək döş qəfəsinin mərkəzində sola doğru meylli yerləşdiyindən onun ağrısı daha çox sol tərədə hiss edilir. 




Sağ tərəfdə hiss edilən ağrılar aşağıdakı xəstəliklərdən xəbər verir:  




Öd daşı




Qaraciyər xəstəlikləri 




Böyrək daşı




Pankreatit




Uşaqlıq boynunun iltihabı




Qarın köpməsi




Ağciyər xəstəlikləri 




Plaevranın iltihabı

 

Pnevmaniya




Ağciyər xərçəngi 

 

Həzm problemləri




Yoğun bağırsaq qıcıqlanması sindromu




Bağırsaq iltihabı

 

Arzu

Medicina.az