Qabığı özündən də faydalıdır - Çay RESEPTİ

  • 2018.01.08 17:08
  • 31935 Baxış
Qabığı özündən də faydalıdır -  Çay RESEPTİ
Mandarin müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Burada C, A, B qrupu vitaminlər, orqanik turşular, pektinlər, fitonsidlər, minerallar və s var.


Medicina.az saglamolun.az-a istinadən məlumat verir ki, mandarinin qabıqları da çox qiymətli müalicəvi məhsuldur. Meyvəsini yeyib, qabıqlarını dəmləyib içsəniz meyvəni bütöv halda dəyərləndirmiş olacaqsınız.


Bunun üçün 2 orta ölçüdə olan mandarin qabıqlarını xırda doğrayın, termosa qoyun, üzərinə 1 stəkan  isti (qaynar yox!) su tökün, 3-4 saat dəmləyin. Sonra dəmləməni yaxşı süzün və bu çayı gün ərzində adi çay kimi için. Çaya bal da əlavə edə bilərsiniz.


Bu çayın bir çox faydalı xüsusiyyətləri var:

 


- immun sistemini möhkəmləndirir


- öskürək və bronxit zamanı bəlğəmgətirici və iltihabəleyhinə təsir edir


- ishal zamanı bağırsaqları "yığır"


- bağırsaqlara antiseptik təsir edir


- qurdqovucu təsirə malikdir


- stresi və sinir gərginliyi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır


- qanda şəkərin səviyyəsini normallaşdırır (təbii ki, bu məqsədlə istifadə olunan çaya bal əlavə olunmur)


- soyuqdəymə zamanı çox faydalıdır.