Pulsuz dərman cinsi istismar qarşılığında verilir - Dünyanı şoka salan İDDİA

  • 2018.06.22 22:40
  • 10638 Baxış
Pulsuz dərman cinsi istismar qarşılığında verilir - Dünyanı şoka salan  İDDİA

Beynəlxalq humanitar yardım təşkilatı - "Sərhəd Tanımayan Həkimlər” qrupu (Medecins Sans Frontiers) əməkdaşlarının Afrikada dərmana ehtiyacı olan insanları cinsi istismara məruz qoyduqları iddia edilir.

 

Medicina.az xəbər verir ki, şəxsiyyəti gizli saxlanılan və London bürosunda çalışan bir muxbirin yaydığı xəbərə görə, Keniyada təşkilatın binasına gənc qızlar fahişəlik etmək üçün gəlib-gedirlər.

 

Bununla bağlı digər məlumata görə isə ebola virusunun daşıyıcısı olan insanların da müalicə qarşılığında cinsi istismara məruz qaldığı irəli sürülüb.