Porno filmləri beyin üçün TƏHLÜKƏLİDİR - ARAŞDIRMA

  • 2018.05.16 10:57
  • 12811 Baxış
Porno filmləri beyin üçün  TƏHLÜKƏLİDİR - ARAŞDIRMA
Beyindəki stratum adlı hissə porno film izləyən insanlarda kifayət qədər inkişaf etmir.

 

Medicina.az xəbər verir ki, alman alimləri yeni tədqiqat nəticələrini açıqlayıblar.


Berlinin "Charite” universitetinin alimi Simon Kuhn və Jürgen Gallinat 21-45 yaş arası 64 kişiyə porno film izləmək vərdişləri ilə bağlı sual ünvanlayıblar.

Həmçinin təcrübədə iştirak edənlərin beyinlərinin fiziki böyüklüyünü göstərən məlumatlar da əldə edilib. Bununla da kişilərin belə növ filmlərə beyinlərinin göstərdiyi reaksiya araşdırılıb.