Pomidoru qızardıb yeyin - Araşdırma

  • 2018.05.07 13:32
  • 16202 Baxış
Pomidoru qızardıb yeyin -  Araşdırma
Mütəxəssislər, meyvə və tərəvəzləri çiy halda yeməyi tövsiyə edirlər. Çünki bişirildikdə vitaminlərin əksər hissəsi məhv olur.

 

Medicina.az xəbər verir ki, ekspertlər bu dəfə tam əksini söyləyiblər. Belə ki, onlar pomidoru çiy şəkildə deyil, yağda, sobada, yeməyin yanında qızardılmış və ya pörtlədilmiş şəkildə yeməyi tövsiyə edirlər. Pomidorun tərkibində olan çox faydalı maddə likopinin miqdarı termik emaldan sonra əhəmiyyətli şəkildə artır.

 

Likopin ürək və damarların sağlamlığını qoruyan ən effektli antioksidantdır. Mənfi xolesterinin səviyyəsini aşağı salır, damarlarda iltihabı azaldır.