Poliplər hər an bədxassəli şişə çevrilə bilər – Polipləri kəsdirin

  • 2018.02.07 16:09
  • 24456 Baxış
Poliplər hər an bədxassəli şişə çevrilə bilər –  Polipləri kəsdirin
Poliplər orqanizmdə bir çox yerlərdə olur. Amma daha çox yoğun bağırsaqda rast gəlinir. Kolon polipləri saplı, sapsız olurlar. Yoğun bağırsaq xərçənginin 90%- i bağırsaq poliplərindən inkişaf edir. Buna görə də kolonoskopiyada aşkar olunan poliplərdən mütləq biopsoya alınması və ya polipin endoskopik polipektamiya ilə götürülməsi məsləhətdir.

 

Kolonoskopiya zamanı poliplərin götürülməsi elektroagulyator vasitəsilə polipin sapından və ya dibindən kəsilməsi deməkdir. Bu proses olduqca asan, ağrısız, qısa müddətlidir. Xəstə heç polipin götürüldüyünü hiss etmir. 


Endoskopik polipektamiya və kolonoksopiya kimi qısa müddətdə aparılır. əməliyyatdan bir neçə saat sonra xəstə evə yazılır. 

Polipektamiyadan sonra 24-48 saat ərzində aspirin və digər qan durulaşdırıcıların qəbulu məsləhət deyil. 

Xəstədə kardiostimulyator varsa, kardioloq tərəfindən müayinə lazımdır. 


Kolonoskopoyada cəmi 1% hallarda qanama olarsa, bu ağırlaşmalar həyati əhəmiyyət kəsb etmir. 

Bioloji təbabət klinikasında poliplərin endoskopik olaraq kəsilməsi ən müasir Yaponiya avadanlığı ilə həyata keçirilir. 


Həmçinin bu əməliyyat olduqca sərfəli qiymətədir. Xəstə narkoz altında olur. Cəmi 15-20 dəqiqəlik əməliyyatdır. 

 

 Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında


•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89