Polietilen torbaların istifadəsi qadağan oluna bilər

  • 2018.06.07 10:15
  • 9148 Baxış
Polietilen torbaların istifadəsi qadağan oluna bilər
Polietilen torbaların istifadəsi qadağan oluna bilər.

 

Medicina.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı bu təkliflə çıxış edəcək. Bu barədə BMT-nin Ətraf-Mühit komitəsinin hesbatında məlumat verilib. Ümumdünya ətraf mühit günündə yayımlanan araşdırmalar zamanı müəyyən edilib ki, ərzaqların daşınması və zibillərin saxlanılması üçün torpaqda çürüməsinə min il tələb olunan 5 trilyon polietilen paket istifadə edilir. 

 

Komitə üzvlərinin məlumatına görə, 9 milyard ton plastik materialların cəmi 9 faizi yenidən istehsala verilir. 


Bu zaman ətraf mühitin qlobal çirklənməsinin əsas mənbələri müəyyənləşdirilmiş olur. 


Qeyd edək ki, plastik tullantı siyahısında birinci yeri Çin, ikinci və 3-cü yeri isə Avropa Birliyi və ABŞ tutur.