BölmələrRU
Xidmətlər
 

Pendirləri soyuducuda necə saxlamalı... - Streçə qətiyyən bükməyin

Açıq qabda qoyulan pendirləri soyuducuda saxlamaq üçün adətən üstü streçlə bağlanılır. Bu, pendirin təzə qalması və rəngini dəyişməməsi üçün edilir. Lakin mütəxəssislər bildirir ki, streçlə bağlamaq pendiirn dadının daha tez pozulmasına və dəyişməsinə səbəb olur. 
 
Bəs artıq qalan pendirlər necə saxlanılmalıdır?

Medicina.az xəbər verir ki, streç pendirin qoxusunun da dəyişməsinə səbəb olur. Bundan əlavə olaraq bir neçə gün ərzində streçlə bağlanan pendir nəfəs ala bilmədiyi üçün dadını sürətlə itirir.

Pendirin canlılığını itirməsini  istəmirsinizsə, bunun üçün ən uyğun üsul pendirləri yağlı soba kağızına bükməkdir. Həmçinin bu kağızın soyuducuda olması, istilik və nəm balansını tənzimləməyə kömək edir.

Mütəxəssislər bunun səhhət üçün daha faydalı olduğunu açıqlayıblar.
 
Şəhanə Quliyeva