BölmələrRU
Xidmətlər
 

Pediatrlar 60% hallarda göstəriş olmadan antibiotik yazır – Uşaq həkimləri üçün yeni qaydalar


Rusiyada keçirilmiş antibiotik terapiya mövzusunda dəyirmi masada mütəxxəsislər uşaq həkimlərinin antibiotik təyinatı ilə bağlı yeni qaydaları müzakirə etdilər. 

Medicina.az xəbər verir ki, statistikaya görə, 60% hallarda  kəskin virus xəstəliklərində, qripdə pediatrlar ciddi göstəriş və tələb olmadan antibiotik təyin edirlər.

Özünü təsdiq etməyən və müalicədə effekt verməyən antibakterial terapiya gələcəkdə antibiotik rezisdentliyi probleminin dərinləşməsinə səbəb olacaq. Bu artıq millətin təhlükəyə atılması deməkdir. 

Bununla bağlı respirator xəstəliklərin mülaicəsində yeni qaydalar və məsləhətlər hazırlanıb. Uşaq xəstəlikləri üzrə professor, akademik, Uşaq infeksiyaları
İnstitutunun direktoru Yuriy Lobzin pediatrlara uşaq xəstəliklərinin müalicəsində 3 əsas qaydaya əməl etməli olduğunu bildirib:

1.Antibotik yalnız və yalnız bakterial infeksiyalar zamanı təyin olunmalıdır, infeksiyanın bakterial olması analizlərlə təsdiq olunmalıdır.

2.Preparat, doza, istifadə müddəti ciddi olaraq kliniki standartalara uyğun hər uşağa uyğun təyin olunmalıdır.

3.Konkret yaşayış rehionu üzrə antibotik rezisdentliyi və xəstənin fərdi faktorları nəzərə alınmalıdır. 

4.Risk faktorları nəzərə alınmalıdır: bura əvəvlcədən uşağın hansı antibiotik qəbul edib –etməməsi, hospitəlizə olunması, xəstəxanada yatıb yatmaması, bağça və ya məktəbdə uşaqlarla kontaktı, səyahətdə olub –olmaması və s. aiddir.