BölmələrRU
Xidmətlər
 

Pediatr: "Tez-tez qrip olan uşaqlarınız sağlamdır”

Bu gün hər kəsin ailəsində, yaxud, yaxın çevrəsində azyaşlı uşaqlar var. Xüsusən də havaların soyuq keçdiyi bir ərəfədə ən çox narahatlıq mənbəyinə də elə uşaqlar çevrilir. 3-7 yaş aralığında olan uşaqların tez-tez qripə yoluxması, soyuqlaması valideynləri narahat edir və onlar orqanizmdə başqa probemlərin olduğu barəsində düşünməyə başlayırlar.

Medicina.az moderator.az-a istinadən xəbər verir ki, pediatr həkim Həmid Hacıağayev valideynlərin bu narahatlığını əsassız adlandırıb. Onun sözlərinə görə, tez-tez baş verən soyuqlama sadəcə olaraq, orqanizmin immune cavabıdır:

" Mövsüm ərzində 7-8 dəfə qrip olan uşaqların səhhətində heç bir ciddi problem yoxdur. Bu aylarda əksər uşaqlar tez-tez xəstələnir və bu normaldır! Əgər qeyri-adi hallar müşahidə olunmursa, yəni, ağırlaşmalar, sətəlcəm (pnevmoniya), otit (qulağın iltihabı) və s. yaşanmırsa, narahat olmağa dəyməz.  Azyaşlı sadəcə qızdırır, öskürür bə burnu axırsa - bu normaldır. Bu, uşağın orqanizminin immun cavabıdır, özünü bu formada göstərir. Burda patologiya axtarmağa çalışmayın. Sadəcə bu, uşağən orqanizminin quruluşudur və belə də davam edəcək.

Qorunmağa gəldikdə isə, bol mövsümü meyvə-tərəvəz vermək, uşaqlarınızın qidalanmasına diqqət etmək, çox yeməyi deyil, vitamin bolluğu baxımından rasionunun müxtəlifliyi vacibdir. Uşağı həmçinin tez-tez təmiz havada gəzdirmək lazımdı.