Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Payızın meyvəsi: MANDARİN - Qabığı belə cana dərmandır

  • 2018.09.24 13:22
  • 15756 Baxış
Payızın meyvəsi: MANDARİN -  Qabığı belə cana dərmandır
Payız gəldisə, mandarin süfrələrdən əksik olmur. Adətən mandarini C vitamin kimi qəbul edirik. Bu vitamin qışda qrip virusu və soyuqdəymə ilə mübarizədə orqanizmimizə kömək edir. Amma mandarinin qabıqlarının və mandarinin digər faydalarından əksəriyyətimiz xəbərsizik.


Medicina.az xəbər verir ki, mandarin qabıqları səhər oyananda mədə bulantıları olan şəxslər üçün əsl dərmandır.


Mandarini axşam yeməklərindən sonra qəbul etmək isə yuxusuzluq problemində çox güclü təsirə malikdir. 


Ürək-damar tıxanmalarının da dərmanı olan mandarin qan təzyiqini normallaşdırır, iflic riskini azaldır. Mandarin qabıqlarını qurudaraq çay hazırlaya bilərsiniz ki, bu da həzm sisteminə kömək edir. Yüksək lif tərkibinə görə qəbizlikdə də istifadə oluna bilər.


Mandarinə narıncı rəng verən keroten maddəsi qaraciyər xəstəlikləri, damar sərtliyi və şəkər xəstəlikləri riskini azaldır, yüksək təzyiqi salır.


Mandarinlərdə C, E vitamin, karoten və flavonoid maddələri var. Bu elementlər kanserogen hüseyrələrlə mübarizə aparan proseslərə təkan verir.