Pasiyentin bədənini dişləməklə masaj edir - Saatı 150 dollardır

  • 2019.02.13 16:32
  • 11255 Baxış
Pasiyentin bədənini dişləməklə masaj edir -   Saatı 150 dollardır
Ulduzların masajisti kimi tanınan masajçı Doroti Şteyn 30 ildir ki, Hollivudun tanınmış simalarına xidmət edir. 


Medicina.az xəbər verir ki, Doktor Dot adı ilə tanınan qadın masaj texnikasında əlləri ilə yanaşı dişlərini də işə salır. Belə ki, o pasiyentin bədənini dişləmək texnikasını icad edib. 


Bu metodu o 5 yaşında kəşf edib. Belə ki, anasını masaj edərkən anası uşağın əllərinin zəif təsir etdiyini deyərək, ona dişləməsini xahiş edib. 


Doroti  müştərinin  daha çox yanı və belini dişləyir. İlk dəfə tanınmışları bu üsulla masaj edərək, konsertlərə pulsuz bilet əldə edirdi.

 

Bu vaxta kimi Kit Riçards, Devid Boui, Qven Stefani, Eminem, Kanye Vest kimi ulduzların " yanını” dişləyən terapevtin indi bir saatlıq masaj seansı 150 dollardır.  Hələ ki, onun prosedurundan narazı qalan müştəri olmayıb.

 

Pasiyentin bədənini dişləməklə masaj edir -   Saatı 150 dollardır
Pasiyentin bədənini dişləməklə masaj edir -   Saatı 150 dollardır