Parkinson xəstəliyinə düçar olan Papanın təsis etdiyi GÜN - Diqqət xəstələrə!

  • 2019.02.11 13:12
  • 7296 Baxış
Parkinson xəstəliyinə düçar olan Papanın təsis etdiyi GÜN -  Diqqət xəstələrə!

Bu gün Ümumdünya Xəstələr Günüdür.


Medicina.az xəbər verir ki, Ümumdünya Xəstələr Günü müxtəlif fiziki ağrılara mübtəla olanların ağrılarını yüngülləşdirmək və onlara göstərilən xidməti yaxşılaşdırmağa ictimaiyyətin diqqətini cəlb etmək üçün düşünülüb.


Məhz bu təqvimdə dünyanın ən müxtəlif ölkələrində bir sıra sosial tədbirlər həyata keçirilir, vacib nüanslar müzakirə olunur və mühüm qərarlar verilir.


Bu gün 1992-ci il mayın 13-də Roma Papası II İohann Pavelin təşəbbüsü ilə təsis edilib. 1991-ci ildə II İohann Pavelə Parkinson xəstəliyi diaqnozu qoyulub. Katoliklərin dini rəhbəri həmin diaqnoz qoyulandan sonra Xəstələr Gününün qeyd edilməsi təşəbbüsünü irəli sürüb. O, özünün bu barədəki xüsusi müraciətində bildirib ki, Ümumdünya Xəstələr Gününün hər il qeyd edilməsinin başlıca məqsədi xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək və ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmağa yönəltməkdir.


Hazırda dünyanın bir çox ölkələrində bu gün xəstəliklərin profilaktikası, onun sağaldılması və sağlam həyat tərzinin təbliği mövzusunda müxtəlif tədbirlər keçirilir. Katolik məbədlərdə dindarlar xəstələrə şəfqət və həmrəyliklərini nümayiş etdirirlər.