Parazitə yoluxmamaq üçün dərman içmək işə yarayır?

  • 2019.04.09 11:36
  • 9099 Baxış
Parazitə yoluxmamaq üçün dərman içmək işə yarayır?

Bir çox hallarda pediatrlar, əsasən də evdə heyvan saxlanılırsa uşağa hər il parazit qurdlardan qorunmaq məqsədilə dərman verməyi məsləhət görürlər. Bu doğrudurmu? Bəs böyüklərdə bu işə yarayırmı? 


Medicina.az bu suallra cavab axtarıb. 


Məlum olub ki, ev heyvanlarının 10 faizində parazit qurdlara rast gəlmək mümkündür. Veterinarların bildirdiklərinə görə, heyvanları 3 aydan bir parazatlərdən təmizləmək tələb olunur. 


Bəs insan parazitə yoluxduqdan sonra nə etmək lazımdır? 


Bu zaman mütləq həkimə getmək tələb olunur. Helmintoz təhlükəli xəstəlikdir. Parazit qurdlar insanın toxumaları və qanı ilə qidalanır.  Özünü müalicə yolverilməzdir, hətta ölümlə nəticələnə bilər. 


Bəs qurda yoluxmamaq üçün preparatlardan istifadə etmək düşgündürmü? 


Qurd əleyhinə preparatlar kifayət qədər toksiki tərkibə malikdirlər və yan təsirlərə səbəb ola bilərlər: 


• Baş ağrısı


• Həssiyatın pozulması. Bu zaman orqanizmdə, iynələnmə kimi hallar yaşana bilər.  


• Periferik sinir ucluqlarının zədələnməsi 


• Iy hallusinasiyası 


• qıcolma


• danışıq pozulması 


• tremor - qeyri-ixtiyari, ritmik hərəkətlər


Parazitə yoluxmamaq üçün nələrə diqqət edilməlidir: 


• əllərinizi tez-tez yuyun


Askarodoz, enterebioz, toksokaroz və exinokokkoz kimi qurdlar çirkli əllərlə yoluxur. Buna görə də şəxsi gigiyenaya riayət etmək lazımdır. 

 

• çiy ət və balıq yeməyin, ev heyvanına verməyin 


Əsasən də əgər ət dondurulmaya məruz qalmayıbsa ondan çiy və ya yarı bişmiş halda istifadə etmək olmaz. 


• Ev heyvanlarını heç olmasa İldə bir dəfə veterinara aparın 


Həkim nə qədər tez heyvanda paraziti təyin etsələr onu müalicə etmək də bir o qədər asan olacaq. 


• Ev heyvanlarına və uşaqlara qumla oynamağ icazə verməyin 


Askarid sürfələri çox zaman qumda yaşayırlar. Bu parazitə qum vasitəsilə yoxmaq mümkün olduğu üçün bir çox ölkələrdə  qadağan olunub. 


• Küçə heyvanlarına əl vurmayın 


Sahibsiz itlərdən insana çox zaman exinokokk paraziti yoluxa bilir. Parazitin yumurtaları sizin orqanizminizə heyvanın tükü vasitəsilə düşə bilər.  


• Evi təmizləyin 


Ayaqqabı vasitəlisə çöldən evə torpaq və onunla yanaşı parazit yumurtaları da gələ bilər. Buna görə də evi tez-tez tozsoranlamaq və sabunlu su ilə yumaq lazımdır.