Bu qurdları bilərəkdən bədənə yeridib, arıqlayırlar - Tənbəllərin əl atdığı qorxulu üsul

  • 2018.12.18 14:59
  • 15296 Baxış
Bu qurdları bilərəkdən bədənə yeridib, arıqlayırlar -  Tənbəllərin əl atdığı qorxulu üsul
Parazitlər sivil cəmiyyətdə "çirkli əllərin xəstəliyi” hesab olunur və əsasən də torpaqla oynayan uşaqlarda daha tez-tez rast gəlmək mümkündür. Hələ otra məktəb biologiya dərsliyindən də bildiyimiz kimi, askarid və digər uzun lentşəkilli qurdlar sağlamlıq üçün çox qorxulu hesab edilir. 


Lakin tibbin alternativ metodlarından biri parazit qurdlar vasitəsilə arıqlamadır. Bir çoxları isə orqanizmi qəsdən parazitə yoluxdurmağa skeptik yanaşırlar. Buna baxmayaraq, son illərdə qlistlərdəın (parazit qurdlardan) dərman kimi istifadə olunması haqda xəbərlərə tez-tez rastlamaq olar. 


Medicina.az xəbər verir ki, insanın mədə-bağırsağında 2-3 kq-a qədər xeyirli bakteriya yaşayır. Dəri və bir çox digər selikli qişalarda da çox miqdarda gözəgərünməz mikroorqanizmlər var. Onların varlığı bizi patogen mikroorqanizmlərdən qoruyur, metobolitləri isə (həyat fəaliyyəti məhsulları) mədə-bağırsaq traktında, dəri və selikli qişada lazım olan mühiti yaradaraq insanın rahat yaşamasına xidmət edir. Bundan əlavə mədə-bağırsaqda yaşayan bakteriyalar həzm prosesinin getməsində, immunitetin və sinir sisteminin işinin normal olmasında əhəmiyyətli rol oynayır. 


Bakteriyalar kimi parazit qurdlar da onurğalı canlılarla birlikdə artıq uzun illərdir ki, yaşayırlar. Alimlər bildirirlər ki, bəzi parazitlər insana zərər vermədən illərlə onun orqanizmində yaşaya bilərlər. Bir sıra alimlər elə düşünürlər ki, helmintlər də bakteriyalar kimi immunitetə yaxşı təsir göstərir. 


Parazit qurdlardan həmçinin arıqlamaq məqsədilə də istifadə edilir. Bu zaman bədənə yoluxdurulan parazitlər maddələr mübadiləsinə təsir edərək piylərin parçalanmasında əhəmiyyətli rol oynayır. 

 


 

Bəs bu, düzgündürmü?
Kök insanların arıqlamaq üçün heç düşünmədən nəhəng bağırsaq parazitlərinin yumurtalarını udması faktı tibbə məlumdur. Məlumata görə, Meksikanın bir çox klinikalarında parazitə yoluxdurma leqal olaraq həyata keçirilir. 


Lakin arıqlamaq üçün qlistləri udmaq ABŞ və Böyük Britaniya kimi bir sıra ölkələrdə rəsmi olaraq qadağandır. Ekspertlərin fikrincə, parazit qurdlara yoluxmaq bir sıra yan təsirlərə, hətta letal sonluğa səbəb ola bilər. 


Parazit başında olan qarmaqları vasitəsilə insanın bağırsağının divarına yapışaraq orqanizmə daxil olan qidalı maddələrlə qidalanır. Bu yolla da insan nə qədər çox yesə də arıqlayır. 


İnsanın bağırsağında olan parazit ağrı, mədə pozuntusu, hətta appendiksə və mədəaltı vəzə düşərək daha ağır problemlərə səbəb ola bilər. 


Parazit diyetasi əslində təhlükəli olması ilə yanaşı, çox da effektli deyil. Belə ki, çəki azaldıqdan sonra parazitəleyhinə dərmanlar içmək lazım olur ki, bu da orqanizmə toksiki təsir göstərə bilər. Bundan başqa parazitlər təmziləndikdən sonra insan əvvəlki rejimlə qidalandığı üçün yenidən çəki ala bilər. 

Arzu

Medicina.az
Bu qurdları bilərəkdən bədənə yeridib, arıqlayırlar -  Tənbəllərin əl atdığı qorxulu üsul
Bu qurdları bilərəkdən bədənə yeridib, arıqlayırlar -  Tənbəllərin əl atdığı qorxulu üsul