Panik atak yoxsa stress... Necə ayırmalı?

  • 2017.11.15 15:06
  • 35029 Baxış
Panik atak yoxsa stress...  Necə ayırmalı?
İnsan bəzən yaşadığı hadisələrdən çox təsirlənir. Hətta yaşadıqlarına görə, çox qorxaraq stres keçirir. Stress şiddətlənərək panik atakın yaranmasına səbəb olur. Əksər insan isə panik atak keçirdiyi halda bunu adi stress bilərək ciddi yanaşmır. Təbii ki, bunun da təməlində həyəcan və qorxu var. Ancaq bu hal stresdən fərqlənir.

 

Medicina.az panik atakı stresdən ayırmağın yollarını təqdim edir:

 

Tibb lüğətində stress adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. Stress anlayışının müəllifi, Kanada alimi H.Selye hipofiz - böyrəküstü vəzi sistemini orqanizmin hər hansı fövqəladə təsirlərə qarşı adaptasiyasını təmin edən mexanizm hesab edirdi. Gündəlik ağır işlər, şəxsi həyatda uğursuzluq, çəkilən qayğılar insanın stress keçirməsinə şərait yaradır. Ancaq bəzən bir gülüş, yüngülləşən işlər bu halı yumşaltmaqda insana kömək edir.


Bəs panik atak və panik pozuntusu nədir?


Bu, ani başlayan və hərdənbir təkrarlanan, sıx çətinlik və ya qorxulardır. Bəziləri bunu 'kriz" deyə də adlandırırlar. Panik atak, ani başlayır, get gedə şiddətlənir və şiddəti 10 dəqiqə içində, ən pik səviyyəyə çıxır, və hətta çox vaxt 10-30 dəqiqə, nadir hallarda 1 saata qədər davam etdikdən sonra öz-özünə keçir.

  

Panik atakın əlamətləri nələrdir?


•Sinə ağrısı ya da sinədə sıxılma ;


•Ürəyin qüvvətli döyünməsi ;


•Tərləmə ;


•Nəfəs darlığı ya da boğular kimi olma ;


•Nəfəsin kəsilməsi ;


•Baş gicəllənməsi, çaşqınlıq hissi, huşunu itirəcək kimi olma ;


•Üşümə, ürpmə ya da isti basması ;


•Ürək bulanma ya da qarın ağrısı ;


•Titrəmə ya da sarsılma ;


•Özünü ya da ətrafındakıları dəyişmiş, qəribə və fərqli hiss etmə ;


•İdarəsini itirmə ya da dəli olma qorxusu ;


•Ölüm qorxusu ;


Panik atak nədir ?


 

• Sıxıldığı zamanlarda yeni panik atakın olacağı ilə əlaqədar davamlı bir narahatlıq duyma ;


• Panik atakın 'infarkt keçirib ölmə', 'idarəsini itirib dəli olma' ya da "iflic keçirmə” kimi pis nəticələndirərə yol aça biləcəyi inancıyla davamlı qayğı duyma ya da həkim-həkim gəzmə, ambulans çağırmaq.


• Hücumlara və ola biləcək pis nəticələrinə qarşı tədbir olaraq (işə getməmə, idman, ev işi etməmə, bəzi yemək ya da içkiləri yeyib içməmə, yanında dərman, su, spirt, müxtəlif yeməklər daşıma kimi) bəzi davranış dəyişikliklərinin görüldüyü ruhi bir narahatlıqdı.

 

Belə insanlar daim qorxu hissi keçirirlər. Özlərini güvəndə hiss etməzlər. Qadınlarla bərabər kişilərdə də müşahidə edilir.

 

Şəhanə Quliyeva