Paltaryuyan maşında 6 saat yuyuldu, ölmədi – MÖCÜZƏ PİŞİK

  • 2019.04.13 11:06
  • 10364 Baxış
Paltaryuyan maşında 6 saat yuyuldu, ölmədi –  MÖCÜZƏ PİŞİK

6 aylıq pişik Poppi paltaryuyan maşında 6 saatlıq yuyulmadan sonra sağ qalıb. 


Medicina.az bildirir ki, avstraliyalı Kim Barr paltar səbətində yuxuya gedən pişiyi görmədən onu paltarlarla birlikdə paltaryuyan maşına qoyub. Maşın işə düşdükdən bir neçə dəqiqə sonra isə o, Poppinin yoxa çıxdığının fərqinə varıb. Evin sahibəsi bütün evi axtarsa da, pişiyi tapa bilməyib. 


O, təsadüfən maşının sıxma rejiminə keçməsinə 10 dəqiqə qalmış pişiyin içəridə olduğunu görüb. 


Maşın işini bitirdikdən sonra pişiyi təcili olaraq veterinara çatdırıblar. Həkim müayinəsi nəticəsində onun  başından və gözündən zədə aldığı məlum olub. Bundan əlavə, Poppinin bədən temperaturu da normadan aşağı olub, ciyərlərinə isə su dolub. Buna baxmayaraq, heç bir qırığı olmayıb. 


3 həftədən sonra Poppinin səhhəti normallaşıb.

 

Buna bənzər hadisə 2011-ci ildə Şotlandiyada yaşanıb. Prinsessa ləqəbli pişik paltaryuyan maşından sağ-salamat çıxıb. Nəticədə heyvanın burnundan qan açılıb, gözləri ilə yuyucu tozun təsirindən iltihablaşıb. Amma bir müddət sonra o tamamilə sağalıb.


Arzu

Medicina.az