Paltar yumaq yorucu bir işdir. Amma sağlamlıq üçün geyimləri təmizliyinə ciddi şəkildə nəzarıt edilməlidir.
Bəs hansı geyimlər hansı sıxlıqda yuyulmalıdır?
Sütyenlər:
Sütyen istifadəsi insandan fərqli olaraq dəyişir. Çox tərləyən qadınlar onu tez-tez dəyişməli və yumalıdırlar. Bu zaman bakteriyaların artmasının qarşısını ala bilərsiniz.
Papaq, əlcək və şərflər:
Papaq, şərf və əlcəklər hər mövsümdə 3 dəfə yuyulmalıdır.
Qısaqol köynək:
Qısaqol köynəklər hər gün dəyişilərək yuyulmalıdır. Altdan geyinildiyi üçün daha çox tərləməyə məruz qalır və yuyulmadıqda bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.
Cins:
Cins materialdan olan geyimlər tez-tez yuyulduqda xarab olurlar. Bu səbəbdən də onları tez-tez yumağa ehtiyac yoxdur. Cins geyimlər yalnız ehtiyac olduqda ayda bir dəfə yuyula bilərlər. Onların çox çirklənməsinin qarşısını almaq üçün isə yaxşı olar ki, cins geyimləri tez-tez açıq havada havalandırasınız.
Dəri gödəkçələr:
Mövsüm ərzində bir dəfə dəri gödəkçələri quru təmizləmədə təmizlətdirə bilərsiniz.
Arzu
Medicina.az