BölmələrRU
Xidmətlər
 

Oynaqları məhv edən xəstəliyin müalicəsi varmı - 12 oktyabr Artroz günüdür

Deformasiyaedici osteoartroz (DOA) onurğa sütununun və ətraf orqanlarının distrofik dəyişikliyi ilə müşahidə olunan xəstəliyidir. Bu xəstəliyin əsasında oynaq qığırdağının degenerasiyası, yəni tam məhv olması durur.

Oynaq qığırdağının degenerasiyası 60 yaşdan sonra normal fizioloji hal hesab olunur.

Ümümiyyətlə, osteoartroz zamanı pataloji proses tək oynaq qığırdağın əhatə etmir. O, bütün oynağı, həmçinin subxondral, sümük, bağlar, kapsul, sinovial qişa və ətraf əzələləri bürüyür. Son nəticədə oynağın degenerasiyası baş verir.

Bu gün ki gündə qığırdağın dağılmasına gətirib çıxaran pataloji mexanizm oynağın əsas hissəsini təşkil edən zülalın –proteoqlikanların mübadiləsinin pozulması hesab olunur.

Medicina.az artroz.az-a istinadən bildirir ki, qığırdağın normal funksiyasını davamı üçün qığırdaq toxumasında kollagenlər, proteoqlikanlar, qeyri kollaqen qlukoproteinlər və su nisbətinin stabil olması əsas şərtdir.


Bu xəstəliyin əmələ gəlməsinə birbaşa və bilavasitə təsir edən faktorlar vardır:

1. Birbaşa təsir edən faktorlar

a. Genetik faktor

b. Endokrin faktor (məs. klimaksdan sonrakı dövrdə bu xəstəliyə daha tez-tez rast gəlinir)

c. Oynağın daima qeyri-adekvat fiziki yüklənməsi nəticəsində mikrotravmalar zamanı.

2. Bilavasitə təsir edən faktorlar zamanı qığırdağın adi fizioloji yüklənməsi zamanı rezistentliyin aşağı düşməsi nəticəsində əmələ gəlir.

a. Məs. qığırdağın zədəsi

b. Anadangəlmə statikanın pozulması

c. Əzələ bə bağların zəifliyi

d. Əvvələr keçirilmiş artritlər

Kliniki gedişi: xəstəliyin 4 inkişaf mərhələsi var: l, ll, lll və lV ağırlıq dərəcəsinə görə təyin edilir. Osteoartrozlu xəstələr ilkin dövrdə zədələnmiş oynaqlarda olan ağrılardan şikayətlənir. Belə ağrılar əsasən çox hərəkət zamanı artır, dincələrkən keçir.

Xəstəliyin gedişi uzunmüddətlidir, simptomlar əsasən çox yavaş-yavaş artdığı üçün xəstə sanki öz xəstəliyinə adət edir. Ağırlaşmalar əsasən 2 formada müşahidə olunur.

1-ci halda ümümi yorğunluq fonunda toksiki və infeksion təsirlərdən, soyuq temperaturun təsirindən ağrılar tədricən güclənir və oynaqlarda şişkinlik əmələ gəlir.

2-ci halda isə qəflətən oynağın blokadası baş verə bilər, bu zaman qəfləti kəskin ağrılar başlanır və oynaq hərəkəti mümkünsüz olur. Belə halda bir neçə dəqiqə sakit, hərəkətsiz dayandıqda ağrılar tamamilə keçir. Bu vəziyyət zaman-zaman periodik hal alır. Bir müddət sonra həmin oynaqda deformasiya müşahidə olunur.

Klinik forması: DOA əsasən 40-60 yaşlar arasında rast gəlinir.

Klinik formasında görə fərqli olurlar. 

1. Bud-çanaq oynaqlarında – koksartroz. Bu forma demək olar ki ən ağır gedişli formadır.

2. Diz oynağında – qonartroz

3. Onurğa sütunu zədələnmələri: fəqərə arası disklərdə (spandilyoz və yaxud osteoxondroz) və sinovial fəqərəarası oynaqlarda (spondilartroz)

4. Distal falanqaarası oynaqlarda

Son illər bel ağrıları ilə diz ağrıları arasında əlaqənin olması barədə çox məlumatlar gəzir. Bu məsələ barədə hətta bir çox məqalələrə də rast gəlmək mümkündür. Hətta aşağı ətraflarda olan artrozların müalicəsi zamanı qədim çin təbabətinə müraciət etdikdə beldə olan bir neçə meredian nöqtələrində qıcıqlandırılması lazım gəlir. Bunlara baxmayaraq bu faktın əksini söyləyənlər daha çoxdur. Ancaq son vaxtlar elmi sürətfə sübut olunmuşdur ki, diz oynağında baş verən degenerativ-distrofik dəyişiklik əsasən vertebrogen mənşəli olur. Alimlər müəyyən ediblər ki, diz oynağındakı artralgiyalar, onurğa beyninin bel nahiyəsinin arxa şaxəsində baş verən irritartiv prosesin nəticəsidir.

Diaqnostika: R-qrafik; Ultrasəs müayinəsi və ya MRT müayinə vasitəsi ilə aparılır.

Müalicəsi:
Bu xəstələrin müalicəsi zamanı indiyədək ağrıkəsici preparatlardan və yaxud hormonal preparatlardan istifadə edilirdi. Bəzən oynaq boşluğunda hormonal preparatların yeridilməsi xəstədə tez bir zamanda ağrıların kəsməsinə, hərəkətin tamamilə bərpa olmasına gətirib çıxarır. Ağrıların bu üsullarla dayandırılması xəstəni aldatmaqdan başqa bir şey deyil. Çünki ağrıların müvvəqəti dayandırılması zamanı xəstə çoxlu hərəkətlər edir və zədəli oynaq qeyri-adekvat yüklənir, nəticədə onsuzda gedən degenerasiya prosesi daha da sürətlənir və sonda tam deformasiya yəni, oynaq kopsulunun tam dağılmasına gətirib çıxarır.
 
Xəstəliyin ilk mərhələsində oynağın funksiyası pozulmağa başlayarkən, kompensator olaraq sinovial maye artır və oynaq kapsulu şişkinləşir, oynaq ağrıları başlayır. Bəzən ağrıların tez kəsilməsi xatirinə punksiya olunaraq "artıq” sinovial maye çıxarılır və yerinə hormonal preparat yeridilir. Lakin, nəzərə alsaq ki, orqanizmdə artıq heç nə olmur, onda bu əməliyyatın nə qədər "uğurlu” olması guman olunandır. Punksiya əməliyyatı zamanı oynağın müdafiəsinə yönəlmiş sinovial maye çekilir və əvəzinə sadəcə ağrını aradan qaldıran maye yeridilir.