Arpa dietik ərzaqdır. Buna baxmayaraq, onun tərkibində bol miqdarda vitamin və minerallar olur. Onun orqanzim uçun faydaları böyükdür. Xalq təbabətində arpa suyundan bir sıra xəstəliklərin müalicəsində istifadə edilir. Araşdırma nəticəsində müəyyən edilib ki, arpanın tərkibində olan lif və qidalı maddələr sidik yollarının infeksiyaları, öd kisəsində və böyrəklərdə olan daşlar zamanı effektlidir. Həmçinin də аrpa ürəyi, dərini və həzm sistemini də qoruyur.
Arpa suyunun faydaları
1. Arpa suyu sidik yollarının infeksiyası zamanı tətbiq edilir. Həkimlər bu xəstəlik zamanı laym şirəsi qatılmış arpa suyu içməyi tövsiyə edirlər.
2. Arpa suyu - onun tərkibində olan suda həll olmayan liflər bağırsaqlar üçün yaxşı mühitdir. Bu bağırsaqlarda yaşayan faydalı bakteriyaların artmasına və zərərli bakteriyaların azalmasına səbəb olur.
3. Arpa suyu çəki atmağa kömək edir. Bu içki orqanizmi maye ilə təmin edir və doyma hissi yaradır. Buna görə də, artıq çəkili insanlar gün boyu adi su əvəzinə limon şirəsi əlavə edilmiş arpa suyu içsələr daha yaxşı nəticə əldə etmiş olarlar. Yaxşı olar ki, bu maye yeməkdən əvvəl içilsin.
4.Arpa ürək üçün çox faydalıdır. Arpanın tərkibində homosistein amin turşisunu parçalayan B qrupu vitaminləri ilə zəngindir. Bu amin turşusunun yüksək səviyyədə olması isə ateroskleroz, tromb, insult, ürək xəstəlikləri, Alzqeymer, kəmağıllılıq kimi xəstəliklərə yoluxma riski yaradır.
5. Arpa 2 tip şəkərli diabet zamanı müsbət təsir edir. Belə ki, arpa suyu qanda insulinin miqdarını aşağı salır. Onun tərkibində olan beta-qlükan ət yedikdən sonra qlükozanın qana sovrulması prosesini ləngidir. Beta-qlükan həm də hipertoniyanın inkişafının və qanda lipidlərin səviyyəsini aşağı salır.
Arpa suyunun hazırlanması:
2 x/q arpanı yuduqdan sonra onu qaynar suda suda bir neçə saat islağa qoyun. Daha sonra suyu süzərək 4 stəkan suda qaynadın. Vam odda təxminən 15-20 dəqiqə qaynadıqdan sonra əgər arpa iki barmaq arasında əzilərsə deməli arpa suyu hazırdır. Məhlulu süzərək soyudaraq istifadə edə bilərsiniz.
Arzu
Medicina.az