Çox ağrılı menstruasiyanın səbəbi... – Şokolad şişi xəstəliyi nədir?

  • 2018.04.03 12:17
  • 27101 Baxış
Çox ağrılı menstruasiyanın səbəbi... –  Şokolad şişi xəstəliyi nədir?
Bəzi qadınlarda menstruasiya müddəti çox ağrılı keçir.

 

Medicina.az xəbər verir ki, türkiyəli ginekoloq Çağlar Yazıcıoğlu, ağrılı bu dövrün səbəbinin şokolad şişindən baş verə biləcəyini bildirib. Onun sözlərinə görə, sonsuzluğa yola aça biləcək şokolad kistası mütləq müalicə olunmalıdır. 


Bəs şokolad şişi nədir? 


Ağrılı menstruasiya zamanı özünü biruzə verir. Qanaxma zamanı uşaqlıq içərisindən axan qanın bir miqdarı da borulardan qarın içərisinə axır və orada qalaraq kista şəklində ortaya çıxır. Toplanan qan miqdarının şokolada bənzəməsinə görə xəstəlik belə adlandırılıb. 


"Şokolad şişi” adətən müalicə ilə keçmir. Bəzən kiçilməsi müşahidə edilə bilər, ancaq tamamilə sağalması mümkün deyil. Bu kista yumurta ilə spermanın mayalanma prosesinə də mane olaraq sonsuzluğa yola aça bilən xəstəlikdir. 

 



USM və vaginal müayinədən sonra diaqnoz qoyulur. 2 cür müalicə forması mövcuddur. 


Yazıcıoğlu da bu barədə vacib məqamları vurğulayıb:

 

"Heç doğuş etməyən xəstələrdə, yumurtalığın zərər görməməsi üçün cərrahi üsuldan mümkün olduğu qədər qaçılır. Bəzi xəstəliyin irəliləmiş zamanlarında cərrahi üsuldan istifadə edilir. Əməliyyat zamanı yumurtalıqlara zərər vurula bilər. Bu səbəbdən həkimlər əməliyyata son çarə olaraq düşünürlər”.

 

Şəhanə Quliyeva
Çox ağrılı menstruasiyanın səbəbi... –  Şokolad şişi xəstəliyi nədir?