Ovuclarına baxıb dərdini tap – Əl içi diaqnostikası

  • 2018.02.23 17:20
  • 42406 Baxış
Ovuclarına baxıb dərdini tap –  Əl içi diaqnostikası
Qədimdə təbiblər xəstənin əllərinin içinə baxmaqla artıq diaqnozu bilirdilər. Çünki əllərin içində bir sıra patologiyalar dəyişikliklər yaradır. Elə evdə özünüz də ovuclarınıza baxmaqla, çox problemdən agah ola bilərsiz:

 


-Qırmızı  ovuclar – qaraciyər problemidir. Həmçinin sapsarı rəng qaraciyərin xəstəliyinin siqnalıdır.

-Yalnız barmaqların ucları qırmızıdırsa, mədə-bağırsaq sistemi pozulub. 

-Baş barmağın dibində qırmızı ləkələr cinsiyyət üzvləri ilə problemi göstərir

-Qəhvəyi ləkələr dərinin piqmentasiyasının pozulması və öd durğunluğu

 


-Ovucda sanki mərmər kimi görüntü və cizgilər  sinir və vegetativ sistemdə pozğunluqlar

-Ovucların qabıq qoyması – A, D vitamini əskikliyi

-Buz kimi ovuclar – periferik qan dövranı pozulması, nikotin turşusu çatışmazlığı

-Ovuclar qaynardır – qaraciyər təmizləmə funksiyasını normal yetirmir, kimyəvi komponentlər deaktivə edilmir

-Ovuclarda qarışqa gəzintisi kimi gizilti – endokrin və hormonal sistem pozuntuları

-Nəm, tərli əllər qalxanabənzər vəzin hiperfunksiyası

-Qanı qaçmış ağ ovuclar – qanda hemoqlobin azdır

 


-Barmaqların ucunun keyiməsi ürək-damar sistemində problemlər

-Barmaqlarının yan hissəsinin bərk qaşınması – bağırsaq problemi və çirklənməsi

-Barmaqların bərkiməsi, quruması – öd kisəsində problem var. 

-Barmaqların sümük və oynaqlarının deformasiyası – artroz, artrit, revmatizma əlaməti. 

 


-Ümumiyyətlə, əllərinizdə görünən istənilən kobud xoşagəlməz dəyişikliyi nəzərə alıb, mütləq həkimə göstərin.