Ovuclarına bax, xəstəliyini gör – Qaraciyər, öd, ürək

  • 2019.03.22 15:43
  • 32697 Baxış
Ovuclarına bax, xəstəliyini gör –  Qaraciyər, öd, ürək
Mütəxəssislər bildirir ki, insan özü də bədənində baş vermiş dəyişikliklərlə səhhətində problemin başladığını vaxtında görə bilər.


Medicina.az ovucların içinə baxmaqla hansı xəstəlikləri təyin etməyin mümkün variantlarını təqdim edir.


-Əgər barmaqlar, dırnaqlar göyərirsə, qan dövranı zəifləyib, oksigen çatmır. Bu aşağı hemoqlobin, ürək-damar xəstəliyinə işarədir. Kardioloq və terapevtə getmək vaxtıdır.


-Ovuclar tərləyirsə, şümallaşıbsa, parlayırsa- qalxanvari vəzi problemi var. Endokrinoqa getmək və şəkəri də yoxlatmaq lazımdır.


-Barmaqların sümükləşməsi, bərkiməsi, əyilməsi, sümük çıxıntısı – osteoporoz, sümük əriməsi əlamətidir. Bütün oynaqlar, xüsusən bel, çanaq yoxlanmalıdır.


-Biləyin, əlin şişməsi – beyində törəmə və başqa problem əlamətidir. Xüsusən 50 yaşından sonra rast gəlinirsə, dərhal həkimə müraciət etmək lazımdır. 


-Əllərin içi qızarıbsa, qırmızıdırsa- qaraciyər, öd problemidir


-Eləcə də sarı ovuclar – hepatit, sirroza işarə ola bilər.