BölmələrRU
Xidmətlər
 

Oteldə qalandan sonra sizdə bu əlamətlər müşahidə edilirsə, TƏCİLİ HƏKİMƏ GEDİN

İsti havalarda evi, ofisi sərin temperaturda saxlamaq üçün istifadə olunan kondisionerlər həm də hava yolu ilə yoluxan mikroorqanizm mənbəyi olaraq sağlamlıq üçün təhlükə yarada bilər.

Medicina.az xəbər verir ki, kondisoner yoluylaə ən çox yoluxan xəstəlik "legioner”dir. 

Mütəxəssislər bildirir ki, kondisionerlərdə olan legioner xəstəliyi otellərdə olan duş başlıqlarında da mövcuddur. Türkiyəli həkim Sülhəddin Arslan bu xəstəliyə əsasən yay aylarında rast gəlindiyini deyib: "Xüsusən tətil müddətində daha çox rastlanan xəsəliklərdən biri də legionerdir. Bu xəstəlik baş ağrısından tutmuş komaya qədər gedə bilər. Hətta bir az da irəli getsə, orqan çatışmazlığına səbəb ola bilər. Daha çox su mənbələrindən duş başlıqlarına keçir və kondisionerli otaqlarda yaşayır. Məhz bu yerlərdən də insanlara yoluxur”.

Legionerin simptomları nədir?

Quru öskürəklə başlayıb, əzələ ağrılarına belə səbəb ola bilir. Baş ağrısından əlavə ishalla  müşayiət olunur. Digər xəstəliklər zamanı qızdırma qalxdıqda nəbz yüksəlir. Lakin legionerdə qızdırma zamanı nəbz aşağı düşür, bu, önəmli simptomdur.

Diaqnoz qoymaq çətindir. Bunun üçün nəcisdən nümunə götürülməlidir. Rentgen çəkilməlidir, fiziki müayinə də vacibdir. 

Bu mikrob əsasən xərçəng və şəkər xəstəliyindən əziyyət çəkənlərdə özünü daha ağır formada  büruzə verir. Xəstəlik virusa yoluxduqdan 2-3 sonra özünü göstərir. Bu müddət ərzində də simptomlar müşahidə edilir.

Xəstəlikdən necə qorunmalı?

Xüsusilə yay aylarında kondisionerlərə yaxşı baxılmalıdır, təmizliyinə diqqət edilməlidir. Filtrlərin təmiz olması vacibdir. 

Getdiyiniz otellərdə gigiyena qaydalarına riayət edilib edilmədiyinə baxın. Duş başlıqları tərtəmiz olmalıdır.

Erkən diqnoz qoyulduqda tez də müalicə edilir. Əgər hər hansı bir oteldə qaldıqdan sonra sizdə quru öskürək və yaxud ishal başlayıbsa, qızdırmanız da qalxıbsa, mütləq həkimə görünün.

MEDİCİNA.AZ