BölmələrRU
Xidmətlər
 

Ostexondrozu olanlara Biotənzimləyici təbabətlə fəqrli müalicə- Əməliyyata gərək yoxdur

Onurğanın degenerativ xəstəliyi hesab olunan ostexondroz sümüyün süngər maddəsinin aseptik nekrozu ilə gedən, croniki gedişi və mikrozədələrlə müşayiət olunan ostexondropatik xəstəliklər qrupuna daxildir. 

Medicina.az xəbər veri ki, ostexondrozun əsas yaranma mexanizmi fəqərələrarası diskin qeyri-rasional yüklənməsi nəticəsində - uzunmüddətli oturma, ağır yük qaldırma, ağır idman, gimnastika mexaniki travma almasıdır. Fəqərəarası diskin qidalanma və özünübərpa sistemi xarici travmatizasiya ilə mübarizə apara bilmir. Diskin qalınlaşması onun xarici qişasının kiçik zədələnmələri, daxili nüvənin xaricə çıxması isə disk yırtığına səbəb ola bilər. Beləliklə, ostexondrozun yaranma səbəbi mexanikidir.

Bu xəstəlik zamanı ağrı sindromu onurğa sütununun travmaya uğrayan nahiyəsinin stabilləşməsinə yönəlmiş, müdafiə xarakterli əzələ spazmı ilə əlaqəlidir. Zədələnmiş nahiyədə maye axını pozulur, yumşaq toxumaların ödemi baş verir. Ödemli toxumalar sinirləri sıxaraq, lokal və ətraflara yayılan ağrıya səbəb olur. Ostexondrozun son nəticəsi olan fəqərəarası disk yırtığının müalicəsində səhv yanaşmalardan biri də yırtığın cərrahi yolla aradan qaldırılmasından sonra sağalmanın baş verməsinə ümid etməkdir. Ostexondrozun yaranmasına səbəb olan mexaniki faktoru aradan qaldırmadan əməliyyat və müalicə arzuolunan nəticə vermir. 

Biotənzimləyici təbabət baxımından orqanizm vahid bir sistemdir. Əgər hər hansı boyun fəqərəsində yerdəyişmə baş vermişsə, bədənin ümumi mərkəzi oxunu stabil saxlamaq üçün onurğa sütununda oma və bel fəqərələrinin əks tərəfə çevrilməsi baş verəcək. 
Bu dəyişikliklər lokal olaraq bel-oma nahiyəsinin və bel fəqərələrinin biomexanikasının pozulmasına və yüklənməsinə səbəb olacaq. 
Biotənzimləyici təbabətə görə, mədə-bağırsaq, uroloji və ginekoloji sferanın bel ağrılarında rolu mühümdür. Kişilərdə isə prostat vəzi xəstəlikləri oma nahiyəsində qan dövranı pozulmaslna və fəqərə zədələnməsinə səbəb olur.

Boyun ostexondrozunun yaranmasında döş qəfəsi orqanları, qabırğalar, onurğa sütununun a.ağıda yerləşən fəqərələri və kəllə sümüklərinin vəziyyəti xüsusi əhəmiyyətlidir.

Bioloji təbabətdə Kranial osteopatiya boyun ağrılarının həllində mühüm rol oynayır. 
Lor orqanların, üz-çənə nahiyəsinin travma və iltihabı, daxili protezlərə reaksiyası da kanal sistemə təsir edir.
Kəllə onurğa sütunu ilə vahid biomexaniki sistem təşkil edir. 
Onurğa sütununun işinə mənfi təsir edəm amil yastıayaqlılıqdır. 

Biotənzimləyici təbabətdə ostexondrozun müalicəsində osteopatiyadan istifadə olunur. Osteopat həkim orqanizmin normadan kənara çıxan nahiyəsini aşkarlayıb, səbəbi aradan qaldırır. Biomexanika yaxşılaşır, bədənin tənzimləmə sistemi işə salınır. Bu prodesur zamanı həkim təkcə ostexondroz və disk yırtığını müalicə etmir, xəstənin əzələ-skelet aparatını bütünlükdə müalicə edir, digər orqanlarla əlaqəsini tənzimləyir. 

Əlavə olaraq, biotənzimləyici preparatların köməyilə orqanizmin bütün tənzimləmə sistemi işə salınır, daxili homeostaz balanslaşdırılır, limfa axını işə salınır, qan dövranı bərpa olunur. 
 

Ostexondrozun müalicəsində pasiyentin də üzərinə məsuliyyət düşür. O, həkimin tövsiyyəsi ilə qida rejimini dəyişməli, əmək və yüklənməni balanslaşdırmalı, mütəmadi idman hərəkətləri etməlidir. 
 
 

Həkim-osteopat Elfanə Süleymanova
 

Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), M.Əcəmi m.st. yaxınlığında
Tel.: (012) / (050) / (055) / (070) 430 89 89
(012) 430 89 49