Osteoporoz haqqında 5 yanlış – Sümüklərinizi əriməkdən qoruyun

  • 2018.04.02 18:52
  • 37775 Baxış
Osteoporoz haqqında 5 yanlış –   Sümüklərinizi əriməkdən qoruyun
Çox insan elə bilir ki, osteoparoz yaşlı qadınları yaxalayan qocalıq əlamətidir, xəstəlik deyil, ondan qorunmaq mümkün deyil. Avropada 45 yaşından sonra hər bir qadın sümüklərinin vəziyyətini yoxlatmalıdır. Artıq sübut olunub ki, şəkərli diabet, xərçəng, infarkt keçirmiş insanların 70% sümüklərin əriməsindən də əziyyət çəkir. İnsanlar hələ də osteoporozu ciddi qəbul eləmir, illərdir beyinlərdə kök salmış yanlış fikirlərə inanırlar.


1.Osteoporoz qocalıqla birgə addımlayır


Düzdür, yaşlanma ilə əlaqədar hormonal fonda dəyişikliklər sümükləri xəfiflədir, amma bu o demək deyil ki, hər qoca adamın sümükləri əriyir. Elə yaşlılar var, sümük sistemi çox möhkəmdir. Osteoparoz daha orta yaşlarda da başlaya bilər. Bunun əsas səbəbi: genetika, iş və həyat şəraiti, vərdişlər, qida, kalsium və D vitamini əskikliyi, az hərəkətlilikdir. Qocalmaq sümüklərin sıxlığına təsir edir, amma bu kimi vərdişlər və yanaşı xəstəliklər daha vacib səbəblərdir. Hepatit, sirroz, şəkərli diabet, erkən menopauza, az cinsi əlaqə kimi problemi olan insanlar 40 yaşında da osteoparoza tutula bilər. 


2.Osteoporoz güclü ağrılar verir.


Əslində isə məhz osteoporoz heç bir ağrı və simptom vermir. Hətta ola bilər ki, insan onuröa sütununda hansısa fəqərənin sındığını belə hiss etməsin. BU daha çox döş qəfəsi fəqərələrində olur. Bəzən isə ağrıları həkim digər travma və problemlərlə səhv salır. Ağrı bəzən artır, bəzənsə sakitləşir, xəstəni və həkimi çaşdırır. Bu zaman yaxşı olar ki, sümüklərin vəziyyətini də araşdırsınlar.


3.Sümük əriməsinin qarşısını almaq qeyri-mümkündür?


Əslində isə müasir terapiyada osteoporoz üçün kifayət qədər effektiv preparatlar var. Sümük qığırdağının əriməsinə səbəb olan osteoklastların tormozlanması, osteoblastların artırılması ilə sümüklərdə mineral mübadiləsi tənzimlənir. Hormonal terapiya ilə sümük toxumasının remodelləşdirilməsi təmin olunur, sonrakı pozulmaların qarşısı alınır. Bu dərmanlar diaqnoz təsdiqlənəndən sonra peşəkar həkim tərəfindən təyin olunur. 


4.Bu xəstəlik həyati təhlükəli deyil, heç nə olmaz.


Əslində, ilk baxışdan bu xəstəlik ölüçcül diaqnoz deyil. Amma yadda saxlayın ki, ahıl yaşda osteoporozdan yüksək qırıq, sınıq travmaları ola bilər. Yəni yaşlı adam adi pilləkəndə ayağı burxulmaqla belə ayağını qıra bilər, ağır yükdən bel-çanaq sümüyünü çatlada bilər. Yaşlı adamlarda sınıqlar yalnız 15% hallarda bərpa olunur. Qalanları ömürlük şikəst qalır və ya ölür.

 


5.Osteoporozun diaqnostikası çətin və bahalıdır.


Bunlar çox köhnə fikirlərdir. İndi yeni komputer tomoqrafiyası ilə sümük modeli 3 dəfə böyüdülür. Və Densinometriya adlı sümük yoxlama aparatından keçməklə sümüklərin əriməsini, mineral sıxlığını asanlıqla görmək olur. Bu isə Kompüter tomoqrafiyasından da ucuz və asandır. Təəssüf ki, rentgen çəkimi osteoporozu təyin etməkdə yararlı deyil.



Əgər sümüklərinizin əriməyə başlamasını ilkin mərhələdə təyin etmək istəyirsizsə və yaxud artıq menopauza dövrünə qədəm qoymusuzsa, o zaman Bioloji Təbabət klinikasının Fiziotepiya şöbəsinə müraciət edərək, Densitometriya aparatından keçib, nəticəyə görə müalicəyə başlaya bilərsiz.

 

 


Bizimlə əlaqə:

Tel.: (+994 12) 430 89 89

Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında

Instagram: bioloji.tebabet

Osteoporoz haqqında 5 yanlış –   Sümüklərinizi əriməkdən qoruyun