Orqanizmin onkoloqu, terapevti, kardioloqu, seksoloqu – 90% xəstəliklərin səbəbkarı qaraciyərin sirləri

  • 2018.07.07 16:45
  • 25500 Baxış
Orqanizmin onkoloqu, terapevti, kardioloqu, seksoloqu –  90% xəstəliklərin səbəbkarı qaraciyərin sirləri
İnsan yaradılanda onun daxilində bir şəxsi həkim yerləşdirilib: bu qaraciyərimizdir. Qaraciyər haqqında illərlə danışmaq olar, amma onun funksiyalarını tam izah edib bitirmək olmaz.


Qaraciyər qarın boşluğunun ən böyük, sıx toxumalı orqanıdır. Orta yaşlı insanın qaraciyəri 1.500 qrama kimi çatır.

Yaşlandıqca o yığışır, azalır və qoca insanlarda 800 qram olur.

Əgər düzgün qidalanma və həyat şərtləri olsa qaraciyər insanı uzun yaşadıb, məzara kimi ona xidmət edib, sağlamlığının keşiyinə qalıb, özü də sağlam qalacaq.

Əgər bir insan qaraciyərini unutmayıb, qeydinə qalsa, o zaman həkim və dərmanlara ehtiyacı olmaz.

Medicina.az qaraciyər haqqında bilmədiyiniz faktları təqdim edir:

 


Qaraciyər – orqanizmin qastroenteroloqudur. Bütün həzm traktını idarə edir.


Qaraciyər əsas allerqoloqdur – o qanı allergenlərdən, toksinlərdən təmizləyib, allergiya yaranmasının qarşısını alır.


Qaraciyər – stomatoloqdur, çünki kalsiy və D vitamininin yeganə daşıyıcısı olan öd şirəsini ifraz edir.


Qaraciyər – baş okulistdir. Çünki gözlərə lazım olan A vitaminini qaraciyər verir. A vitamini göz büllurunun şəffaflığını saxlayır, kataraktanın qarşısını alır, görmənin zəifləməsinə qarşı təsirlidir.


Qaraciyər – seksopatoloqdur. Çünki onun sintez etdiyi E vitamini cinsi aktivliyi normallaşdırır. Əgər yüksək cinsi potensiala sahib olmaq istəyirsizsə, qaraciyəri düzəldin.


Qaraciyər – kardioloqdur. O, qanda əsas antioksidantları tənzimləyir. Eritrositlərin aqlütinasiyası, trombositlərin aqreqasiyasını əngəlləyir. Bu da qanın normal duruluğunu təmin edir, tromb yaranmasının qarşısını alır, ürəyi yükləmir, normal qan dövranı deməkdir.

Həmin antioksidantlar damarların tutulmamasını da təmin edir. Varikoz, tromboz, aterosklerozu olan insanların demək ki, qaraciyəri normal işləmir.


Qaraciyər – təbiətin onkoloqudur. Ondan qaynaqlanan antioksidantlar və mikroelementlər xərşəngin yaranma riskini azaldır.


Qaraciyər – nevropatoloqdur. Ümumi qanın 20% ilə qidalanan sinir toxumaları beynin adekvat işləməsini təmin edir, emosiyaları, əsəbləri tənzimləyir.


Qaraciyər – baş endokrinoloqdur. Onun iştirakı olmadan heç bir hormon sintez olunmur. Əgər bir insanda hormonal problem və zob varsa onun qaraciyəri yaxşı işləmir.


 


Orqanizmin onkoloqu, terapevti, kardioloqu, seksoloqu –  90% xəstəliklərin səbəbkarı qaraciyərin sirləri