“Onlar “donuz qripi”ndən ölməyib...”

  • 2019.01.11 16:27
  • 7941 Baxış
“Onlar “donuz qripi”ndən ölməyib...”


 

Dünyada və Gürcüstanda dünyasını dəyişənlər sırf "donuz qripi”ndən ölməyib.


Medicina.az xəbər verir ki, bu sözləri 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko”) İnfeksion qəbul şöbəsinin müdiri Mahir Rəhimov deyib. O bildirib ki, yoluxmuş insanların ölümünə səbəb stafilakokkus pnevmaniya adlanan bakteriyadır: "Xəstəliyin gedişatında xəstədə yanaşı olaraq bu bakteriya inkişaf edərsə, o zaman ağciyərlər sıradan sıxır və letal nəticə əldə edilir. Bu bakteriyanın inkişaf etməsinin əsas səbəbi isə xəstənin immunitetinin kəskin şəkildə zəifləməsidir. Sırf donuz qripindən ölüm faktı qeydə alınmır. Bakteriya ağciyər pnevmaniyası əmələ gətirdiyi üçün xəstədə ağırlaşmalar qeydə alınır”. 


Şöbə müdiri deyib ki, bu xəstəlikdən qorunmaq mümkündür: "Yaxşı olardı ki, əllər tez-tez sabunla yuyulsun, xəstə insanlardan uzaq durmaq lazımdır. 3 qat maska taxaraq xəstəliyə yoluxmaqdan qorunmaq mümkündür. Adi gigyenik qaydala riayət olunarsa, o zaman bu təhlükəli virusa yoxmaqdan yaxa qurtarmaq mümkündür”. 


Arzu

Medicina.az