Onkoloji xəstələr çox vaxt həkimini aldadır

  • 12 Aprel, 2019
  • 3462 Baxış
Onkoloji xəstələr çox vaxt həkimini aldadır
Bir çox onkoloji xəstələr onları müalicə edən həkimi aldadır. Bu barədə Texas Universitetinin alimləri bildirib.

Medicina.az xəbər verir ki, xəstələr həkimə demədən özbaşına alternativ tibb vasitələrinə qaçır, müxtəlif metodlara əl atır, müxtəlif iksirlər, vitaminlər, BAD-lar qəbul edir. Lakin bu barədə qəsdən həkimə məlumat vermir. 

Aparılan araşdırmalar göstərib ki, sorğu aparılan 3 min pasiyentin 33%-i təkcə rəsmi tibbi müalicə almaqla kifayətlənməyib, fitopreparatlar, xüsusi dietalar, BAD-lar, meditasiyalara da müraciət ediblər. 

Onların 90% i əlavə nəsə qəbul etdiyini qəsdən həkimindən gizlədib, elə həkimlərin də bir çoxu bununla maraqlanmayıb.
Alimlər xəbərdar edir ki, tibbdən kənar elə bir dərman, vasitə yoxdur ki, onkoloji xəstəliyin müalicəsində terapevtik təsir göstərsin.

Xəstənin özbaşına olaraq, həkimdən xəbərsiz vitamin belə qəbul etməsi əksinə, zərərli ola bilər. Həkim isə xəstəsinin nə yediyini, icdiyini bilməlidir ki, müalicəsinin nəticəsinə nəyin təsir etdiyini bilsin. 

Pasiyent yalnız psixoloji metodlardan, meditasiyadan istifadə edə bilər. Ən təhlükəli məqam isə xəstənin əməliyyat və kimyaterapiyadan tam imtina edərək, alternativ tibbə ümid bağlayaraq qiymətli vaxtı itirməsidir.