Onkologiyaya aparan yol: kimyəvi zərərli plastika – Özünüzü və ailənizi uzaq tutun

  • 2018.06.04 18:12
  • 20523 Baxış
Onkologiyaya aparan yol: kimyəvi zərərli plastika –  Özünüzü və ailənizi uzaq tutun
Stirol adlı kimyəvi maddə bu gün plasmas məhsullar, şüşə istehsalı, sintetik rezin, penoplast, qablaşdırma materialları, birdəfəlik qabların istehsalında geniş və çox istifadə olunur.

Son 40 ilə kimi stirolun onkoloji xəstəliklərdə rolunu araşdıran elmi tədqiqat aparılmamışdı.


Medicina.az xəbər verir ki, bu il Ümumdünya Səhiyyə Təşkilatı nəzdində fəaliyyət göstərən müstəqil elmi qrup və Xərçəng araşdırmaları üzrə Beynəlxalq agentlik birlikdə stirolu kanserogen təsirli təhlükəli maddələr siyahısına daxil edib. Buna səbəb aparılmış 2 böyük elmi tədqiqat olub. 


Daniya Universitetinin professoru Henrik Kolstad və kolleqaları elmi araşdırmasında 73.000 daniyalının analiz göstəricilərini təhlil edib. Bu insanlar 1968-2011-ci illərdə plastika istehsal edən orta və kiçik müəssisələrdə işçi kimi çalışıb və uzun müddər stirolla kontaktda olublar. 


Analizlər göstərib ki, 15 il ətzində stirolun orqanizmə təsiri və qana keçməsi nəticəsində leykoz-qan xərçənginin yaranma riski 2 dəfə artıb. Sübut olunub ki, uzun müddət  bu maddə ilə təmas sinonazal – burun adenokarsinomasının da yaranmasına səbəb olur. 

Əvvəllər plastikin tərkibində olan Bifenol S və A-nın fertilliyə, reproduktiv sistemə təsiri sübut olunmuşdu.


Mütəxəssislər son zamanlar insanların ən çox istifadə etdiyi materialın plastik olmasını əsas götürərək, stirolun təsirini daha dərindən öyrənməyi vacib sayır. Xüsusən uşaqların plastiklə təması uşaq leykozunun inkişafında rol oynaya bilər.