Bu 7 KARBOHİDRAT rasiondan qətiyyən çıxarılmamalıdır

  • 2018.12.10 14:09
  • 11509 Baxış
Bu 7 KARBOHİDRAT rasiondan qətiyyən çıxarılmamalıdır
Bir çoxları karbohidrat tərkibli qidalardan uzaq durmağa və qida rasionlarından tamamilə çıxarmağa üstünlük verirlər. Bir tərəfdən bu addım doğru hesab oluna bilər. Çünki məhz karbohiodrat tərkibli qidalar insanın çəki almasına səbəb olur. Lakin işin başqa bir tərəfi də var. Karbohidrat tərkibli qidaların heç də hamısı zərərli hesab olunmur. Hətta onlar rasiondan çıxarıldıqda bir sıra sağlamlıq problemlərinə də yol aça bilər. Əlbəttə ki, söhbət sağlam və təbii karbohidratdan gedir. İşlənmiş, rafinə olunmuş karbohidratlar isə insanın çəki almasına, piylənmə, şəkər kimi bir sıra xəstəliklərə düçar olmasına səbəb olur. Bu karbohidratlara ağ undan hazırlanmış bütün növ bişintilər, ağ şəkər tozu, makaron məmulatları və s. aid edilə bilər. 


Bir sıra pəhrizlərdə karbohidrat tərkibli qidaların üstü qaralanaraq, tez çəki atmaq üçün rasiondan tamamilə çıxarılır. Ancaq bu çox yalnış fikirdir. Çünki sağlam karbohidratların tərkibində orqanizm üçün bir çox xeyirli və lazımlı maddələr olur. Buna görə də onlardan tamamilə imtina etmək düzgün deyil.   


Müasir diyetologiyaya görə, hər bir insan gün ərzində qəbul etdiyi kalorinin 45-65 %-ni karbohidratlardan almalıdır. 


Medicina.az hər bir insanın qida rasionunda yer tutması vacib olan 7 karbohidrat növünü təqdim edir:


1) Qəhvəyi düyü  


Təəssüflər olsun ki, pəhrizdə düyünün reputasiyası heç də ürəkaçan deyil. Amma yaddan çıxarmayaq ki, söhbət ağ düyüdən gedir. Ağ düyüdən fərqli olaraq qəhvəyi düyünün tərkibində bol miqdarda zülal və lif mövcuddur. 1 pay bişmiş qəhvəyi düyüdə cəmi 120 kalori var. Onun tərkibində 2 qr lif, 3 qr zülal, 26 qr karbohidrat var.


2) Yulaf yarması 


Səhər yeməyi üçün əla variantdır.1 pay yulaf yarmasının tərkibində 27 qr sağlam karbohidrat, 4 qr lif, 5 qr zülal var. Bu isə bir insanı gün boyu enerji ilə təmin etmək üçün kifayət edəcək miqdardır. Tərkibində olan liflər sayəsində qanda olan xolesterinin mirdarını azaldır. 


3) Lobya 


Lobyanın müxtəlif növləri olduğu kimi, onların tərkibləri də müxtəlif olur. Ancaq hamısının tərkibində yüksək dərəcədə bitki zülalı, lif və sağlam karbohidrat mövcuddur. Buna görə də 1 payının tərkibində orta hesabla 7 qram zülal və 20 qr karbohidrat olan lobya tamamilə sağlam qida hesab edilir. 


4) Çuğundur


Qida rasionuna tərəvəz əlavə edərkən onun rənginə, dadına, həmçinin tərkibinin faydalı maddələrlə bol olmasına diqqət etmək lazımdır. Çuğundur da bu siyahıda baş yerdə olmalıdır. Onun tünd  rəngli olması tərkibində bol miqdarda antioksidant olmasından xəbər verir.  Bundan əlavə, bir orta ölçülü çuğundurun tərkibində cəmi 100  kalori, 23 qr sağlam karbohidrat, 7 qr lif, 800 mq kalium olur. 


4) Yerkökü


Bu şirin tərəvəz həmçinin sağlam karbohidratla da zəngindir. Üç ədəd orta ölçülü yerkökünün tərkibində təxminən 20 qr karbohidrat, gündəlik tələb olunan A vitamini normasının 100%-dən çoxu, gündəlik kalium normasının isə təxminən 15%-i var.


5) Banan


Bir orta boylu bananın tərkibində 100 kalori, 26 qr karbohidrat və bol miqdarda kalium var. Bananın tərkibi təbii şəkərlərlə zəngindir. Amma buna baxmayaraq tərkibində şəkərin qana tez bir zamanda sovrulmasının qarşısını alan bol miqdarda lif  mövcuddur. Bundan əlavə, banan yumşaq olduğu üçün də bağırsağa xeyirdir.

 

6) Qarabaşaq


Hamıya yaxşı məlum olan qarabaşaq bitkisi ən sağlam karbohidrat qidasıdır desək yanılmarıq. Bir pay hazır qarabaşaq sıyığının tərkibində 6 qr zülal, 30 qr sağlam karbohidrat, 4 qr lif var. Bütün bunlardan əlavə, 1 pay qarabaşaq sıyığı cəmi 150 kalori təşkil edir. Qarabaşağın tərkibindəki suda həll olan lif sayəsində həzm prosesi uzanır. Bu isə əlavə çəki almağa mane olur.  


Arzu

Medicina.az