Oğlan, yoxsa qız... - Uşağın cinsiyyətini planlamaq olarmı?

  • 2017.10.16 16:03
  • 40005 Baxış
Oğlan, yoxsa qız... -  Uşağın cinsiyyətini planlamaq olarmı?
Son illərdə ailələr planlı şəkildə valideyn olmağı seçirlər. Onlar bununla da uşağın cinsiyyətini özləri müəyyənləşdirmək istəyirlər.

 

Bəs gələcək körpənin cinsiyyətini planlamaq olarmı?


Medicina.az-a açıqlama verən ginekoloq Firuzə Cəfərzadənin sözlərinə görə, uşağın cinsiyyəti oositin (yumurta hüceyrə) hansı spermotozoidin mayalamasından asılıdır:  


"2 növ - X və Y xromosomu daşıyan spermatozoidlər var. Qadın oositləri yalnız X xromosomu daşıyır. Spermotozoidin hansı xromosomu daşıdığını müəyyən etmək mümkündür, lakin bu müayinədən sonra o, mayalanmaya yararsız olacaq. Əgər belə olmasaydı, süni mayalanma zamanı uşağın cinsiyyətini X və ya Y spermatazoidlərlə mayalamaqla planlamaq olardı”. 


Ginekoloq hazırda belə planlamağın mümkün olmadığını bildirib: "Lakin embrionu ana bətninə yerləşdirənə qədər onun cinsiyyətini təyin etmək metodu var ki, bu "Predimplantasion Genetik Diaqnostika " adlanır.


Bu necə baş verir? 


"Süni mayalanma zamanı embrionun inkşafının 3-5-ci günləri embrionun bir neçə hüceyrəsi alınır və hansı xromosomu daşıdığı müəyyənləşdirilir. Bundan sonra embrionun uşaqlıq boşluğuna yerləşdirilməsi həyata keçirilir. Uşağın cinsiyyətinin cədvəllər, sehrli təqvimlər vasitəsi ilə proqnozlaşdırılması dəqiq deyil”, - deyə həkim vurğulayıb.


Nəzərə çatdıraq ki, qanunvericiliyə görə cinsiyyətin seçilməsi ancaq tibbi göstərişlərlə mümkündür.

 

Şəhanə Quliyeva