Nəyə görə yatmazdan əvvəl 1 qaşıq bal yemək lazımdır?– 5 inanılmaz faydası

  • 2019.02.16 17:57
  • 51699 Baxış
Nəyə görə yatmazdan əvvəl 1 qaşıq bal yemək lazımdır?–  5 inanılmaz faydası
Bal – orqanizmi daxildən işıqlandıran qızıldır.

Qədim hind və çin mənbələrində təbiblər insanlara israrla hər axşam yatmazdan öncə bir qaşıq bal udub yatmağı məsləhət görmüşlər. 

Medicina.az  bunun 5 faydasını araşdırıb.


Əgər hər axşam yuxudan əvvəl 1 qaşıq bal yesəz, nələr əldə edəcəksiz


1.Möhkəm və rahat yuxu – bal sakitləşdirir, bədəni rahatladır, melatonin hormonunu artırır, bu da yaxşı, möhkəm yuxu deməkdir. Bal yuxuda ikən sinir sistemini sakitləşdirir. 


2. Piyləri yandırır. Kimyaçı Mayk Makinnes bəyan edib ki, idmanla məşğul olanlar arasında müntəzəm olaraq bal qəbul edənlər 10 dəfə daha çox və tez piy yandırır.  Bundan ilhamlanaraq Mayk ballı dieta işləyib hazırlayıb. Ona görə siz də yatmazdan əvvəl bir qaşıq bal siz yuxuda ikən artıq piylərin toplanmasına qarşı hərəkətə keçər.


3.Qaraciyəri yeniləyir. Qaraciyər insan yuxuda olanda özünü yeniləyir. Bunun üçün ona 1 qaşıq bal köməyə gələr. Xüsusən bir qaşıq bal, bir qaşıq balqabaq suyu. Bir ay buna davam etsəz, qaraciyər toksinlərdən təmizlənər


4.Öskürəyi sakitləşdirir Bal orqanizmin özünümüdafiə sistemini işə salıb, bakteriya və viruslara qarşı super güc göstərəcək. Gecələr yatanda öskürənlərin də bronxlarını sakitləşdirə bilər.


5.Səhər daha enerjili ola bilərsiz. Bunun üçün həm gecə bir qaşıq bal yeməli, həm də səhərlər bir stəkan suya bal və limon qatıb içə bilərsiz.

Diqqət: bütün bu effektləri almaq üçün siz təbii, organik, əsl bal qəbul etməlisiz. Bal seçərkən mənbəyinə diqqət yetirin.