BölmələrRU
Xidmətlər
 

Nəyə görə insan Vitamin D-siz yaşaya bilməz – Azərbaycan əhalisində bu vitamin əskikliyi var


Vitamin D, D2, D3 insan orqanizminin bütün mübadilələrində iştirak edir. Xüsusən fosfor və kalsiumun mübadiləsi, qəbulu, əzələ və sümüklərin dayanıqlığı, sağlamlığının səbəbkarıdır.

Üstəlik D vitamini sinir sistemi üçün vacibdir. Xərçəng hüceyrələrinin inkişafının qarşısını alır. D vitamin əskikliyi insanı şiş hüceyrələri qarşısında aciz qoyar. Ümumilikdə immun sistemini gücləndirir.

Medicina.az xəbər verir ki, bu yaxınlarda D vitaminin cinsi fəaliyyətdə də rolunu da aşkarlayıblar. Bu vitamin qadın və kişilərdə libidi artırır. 
Bu yaxına kimi Günəşdən bol ölkələrin əhalisində D vitamini əskikliyi olmaz deyə düşünürdülər. Lakin bu reallıqda əksini tapmadı. Çünki Günəşli havadan korluq çəkməyən Azərbaycanda əhalinin çoxu, xüsusən uşaqlar D vitamini əskikliyi yaşayır və həkimlər əlavə D vitamini preparatları təyin edirlər.
Ona görə bu vitaminin qida ilə qəbuluna da önəm vermək lazımdır. D vitamini yağlı balıq növlərində çoxdur. Treska balığının ciyəri, balıq yağı qəbul etmək lazımdır. Bu da olmasa o zaman həkim təyinatı ilə yüksək dozada hazır D vitamin kapsulları qəbul olunmalıdır.

Günəş vannası isə gündə 30 dəqiqə gün altında dayanmaq lazımdır. Bu zaman çiyin, kürək, ovuclara birbaşa gün işığı toxunmalıdır.