Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəyə görə əti soyuduqdan sonra yemək olmaz? – Həkimlərdən xəbərdarlıq

  • 2019.03.09 18:14
  • 14628 Baxış
Nəyə görə əti soyuduqdan sonra yemək olmaz? –  Həkimlərdən xəbərdarlıq
Ətdən hazırlanmış soyuq qəlyanaltılar  qida rasionunda kifayət qədərdir. Amma tibb alimləri bildirir ki, əti soyuq halda yemək disbakterioz yaradır və maddələr mübadiləsini pozur.


Medicina.az xəbər verir ki, yüksək zülal tərkibli qidaların mədədə 2-3 saat ərzində tam həlli üçün onların temperaturu yüksək olmalıdır. Soyuq ət mədədən tez keçərək, nazik bağırsağa 2 dəfə sürətlə ötürülür ki, bu da zülalın tam normasında həzm olunmasına mane olaraq, orqanizmin lazımi qədər zülal almamasına səbəb olur. 


Qədimdə nənələrmiz ağrı və spazmlarda isti çay və ya şorba içməyi məsləhət edirdilər. Bu əbəs yerə deyil. Yalnız isti halda qida və maye mədəni sakitləşdirir, spazmı götürür, əzələləri boşaldır. 


Eləcə də isti yemək və isti ət qəbulundan dərhal sonra soyuq içki içmək mədə-bağırsağı məhv edir. 

Mədə üçün qidanın optimal hərarəti bədən temperaturuna yaxındır:  36-40 dərəcə. İnsan çox soyuq və çox qaynar yeməklərdən qaçmalıdır. 


Xüsusən əgər qızardılmış ət, ət yeməkləri soyuyubsa, onu yaxşıca isidib sonra yeyin.