Nevroz xəstəliyi necə müalicə edilməlidir?

  • 2018.04.11 10:45
  • 28955 Baxış
Nevroz xəstəliyi necə müalicə edilməlidir?
Nevrozluq insanın şəxsi həyatına, həmçinin ətrafdakı insanlarla münasibətlərə, iş fəaliyyətinə çox ciddi ziyan vura bilən xəstəlikdir.

Xəstəliyin zamanında aşkar edilməsi və müalicəsi əsas şərtdir.


Medicina.az xəbər verir ki, nevrozun səbəbindən və ağırlığından asılı olaraq müalicə forması hər xəstə üçün fərdi şəkildə seçilir. Bəzi xəstələrin müalicəsində  yalnız psixoteterapevtik metodikalar, digərlər xəstələrə isə həm psixoterapiya, həm də dərmanlarla müalicə təyin olunur.


Bəs nevrozun müalicəsində hansı preparatlar istifadə edilə bilər?

 

Həmin dərman növlərini təqdim edirik:


- antidepressantlar


- trankvilizatorlar


- neyroleptiklər


Bütün bu növ preparatları yalnız mütəxəssis təyin etməlidir.


Bundan əlavə müalicə zamanı massaj, iynəbatırma, refleksoterapiya, fitoterapiya (bitkilərlə müalicə) istifadə oluna bilər.