- Bu uşaq qidaları və dərmanlar zəhərlidir - MƏNFİ RƏY VERİLDİNAZİRLİKDƏN SOS!

  • 2018.07.09 15:50
  • 29829 Baxış
 - Bu uşaq qidaları və dərmanlar zəhərlidir - MƏNFİ RƏY VERİLDİ NAZİRLİKDƏN SOS!
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) mənfi rəy alan Bioloji Fəallığa Malik Qida Əlavələrinin (BFMQƏ) siyahısında dəyişiklik edib.

Medicina.az Mərkəzə istinadən xəbər verir ki, AEM daha 23 Bioloji Fəallığa Malik Qida Əlavəsinə mənfi rəy verib və onların adları siyahıya əlavə edilib.

Bundan əvvəl AEM 61 BFMQƏ-yə mənfi rəy verib. Mənfi rəy almış GABA FORT PLUS (örtüklü tablet, № 60), VERAZOL (şərbət, 100 ml №1), VERAZOL (tablet №28) və SİTOZİN FORTE (tablet No.20) üzə çıxan problemləri aradan qaldıraraq yenidən ekspertizaya təqdim olunub və onlara müsbət rəy verilib.

Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr”in tələblərinə əsasən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir.

AEM mənfi rəy alan BFMQƏ-in adlarını vətəndaşların nəzərinə çatdırmaqla onları diqqətli olmağa çağırır və əhaliyə müraciət edərək bildirir ki, bundan sonra da daxil olan müraciətlərə ciddi nəzarət olunacaq, mənfi rəy alan Bioloji Fəallığa Malik Qida Əlavələrinin siyahısı yeniləyib mütəmadi olaraq yenilənəcək. Bunun üçün əhalidən aşağıdakı preparatlara rast gəldikləri təqdirdə AEM-in qaynar xətt xidmətinə ((+99412)596-07-12, (+99412)594-57-27, (+99412)594-57-37) məlumat vermələri xahiş olunur.

Mənfi rəy alan BFMQƏ-nin siyahısı isə aşağıdakı kimidir: