Nazir müavini vəfat etdi

  • 2018.04.09 13:31
  • 12212 Baxış
Nazir müavini vəfat etdi
Azərbaycan səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfat edib.


Medicina.az xəbər verir ki, bu barədə nazirliyin əməkdaşı Səfayə Əhmədova məlumat verib. O bildirib ki, A.Vəlibəyov 71 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Abbas Vəlibəyov 1947-ci ildə Bərdə şəhərində anadan olub.


1971-1974 ci illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb. 


1990-cu ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən bu günə kimi Səhiyyə Nazirinin müavini - Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı.