Nazir bu gün vətəndaşları qəbul edir

  • 2018.12.07 10:36
  • 6549 Baxış
Nazir bu gün vətəndaşları qəbul edir
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 07 Dekabr 2018-ci il tarixində saat 11:00-da Neftçala Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.

 

Medicina.az xəbər verir ki, nazir Şirvan, Salyan, Hacıqabul, Biləsuvar və Neftçala rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Neftçala Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.