Nailə İslamzadə gözəlliyinin sirrini açıqladı - ÖZƏL RESEPT

  • 2019.03.06 11:14
  • 40697 Baxış
Nailə İslamzadə gözəlliyinin sirrini açıqladı -  ÖZƏL RESEPT
 

Tanınmış diktor, teleaparıcı Nailə İslamzadə gözəlliyinin və gənc qalmasının sirrini açıqlayıb. 

 

İllərə rəğmən yaşlanmayan və hər zaman gözəl görünən aparıcımız Medicina.az-la çox özəl gözəllik və sağlamlıq reseptini bölüşüb. 

 

Nailə xanımın xüsusi reseptini təqdim edirik:



Tələb olunan qidalar


1 stəkan su

1 çay qaşığı darçın

0,5 çay qaşığı bal


Hazırlanma qaydası


Bir çay qaşığı darçın və yarım çay qaşığı balı bir stəkan suya əlavə edib, qarışdırırıq. Qarışıma bir az zəncəfil tozu da əlavə edə bilərik. Hazırladığımız məhlulun yarısını axşam yatmazdan öncə, yarısını isə səhər yuxudan oyananda içirik. 

Nailə İslamzadə gözəlliyinin sirrini açıqladı -  ÖZƏL RESEPT