BölmələrRU
Xidmətlər
 

Multidissiplinar xərçəngin müalicəsinə həsr olunan kurs keçiriləcək - BAKIDA


Milli Onkologiya Mərkəzi ilə Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) birgə əməkdaşlığı çərçivəsində sentyabrın 15-16-da "Multidissiplinar Xərçəng Müalicəsi Kursu”nun (Multidisciplinary Cancer Management Course) keçirilməsi nəzərdə tutulur.

 
Medicina.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə süd vəzi xərçəngi və baş-boyun şişlərinin müalicəsində multidissiplinar yanaşmanın, istifadə edilən klinik protokolların əhəmiyyəti, aparılan cərrahi, kimya və şüa müalicəsində son yeniliklər, yeni hədəf preparatların tətbiqi ilə əlaqədar müzakirələr aparılacaq.
 

Müxtəlif xəstə təqdimatlarının müzakirəsi ilə interaktiv şəkildə keçirilməsi nəzərdə tutulan kursda ASCO tərəfindən dəvət olunmuş professor-mütəxəssislərin iştirak edəcəyi bildirilir.